Paşinyan Azərbaycana qarşı sərt ritorikasını yumşaltmağa başlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri liderlərinin sammitinin keçirildiyi Düşənbə şəhərində ayaqüstü söhbət ediblər. Daha sonra Paşinyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, o və İlham Əliyev üç məsələ ilə bağlı razılığa gəliblər.
Birincisi, iki ölkə lideri təmas xəttində insidentlərin qarşısının alınması üçün addımların atılması ilə bağlı razılıq əldə edib:
“Biz təmas xəttində gərginlik səviyyəsinin azaldılması üçün konkret addımlar atılması ilə bağlı müdafiə nazirlərimizə tapşırıq vermək haqda razılığa gəldik. Mən artıq bu barədə "dqr" rəhbərinə məlumat vermişəm, bu qərar onun üçün də məqbuldur.
Mahiyyət etibarilə deyə bilərik ki, bütün Ermənistan-Azərbaycan, Qarabağ-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi haqda razılaşma əldə edilib.
Mən bizim SQ-ə əmr verdim və ötən gecə baş nazir olduğumdan bəri ən dinc və sakit gecə oldu”.
İkincisi, Paşinyan onu da bildirib ki, söhbət zamanı onlar bir daha danışıqlar prosesinə sadiq olduqlarını təsdiqləyiblər:
“Biz münaqişənin məhz danışıqlar nəticəsində həll edilməli olduğunu qeyd etdik”.
Son olaraq isə Paşinyan və cənab prezident İlham Əliyevin arasındakı üçüncü razılaşma operativ əlaqə sisteminin yaradılması ilə bağlıdır:
“Hələlik bu yalnız razılaşmadır. Bu əlaqə necə yaradılacaq – texniki məsələlərlə bağlı konkret razılaşma yoxdur. Biz sadəcə müvafiq qurumlara operativ əlaqə yaratmaq üçün sistemin qurulması ilə bağlı tapşırıq vermək haqda razılığa gəldik”.
lİk növbədə Azərbaycanın son günlərdə Ermənistan ordusuna vurduğu zərbələr, təbii ki, Paşinyanın ritorikasına dəyişiliklər gətirdi. Birinci, İki ölklə arasında xüsusi olaraq operativ əlaqənin yaradılması, o, deməkdir ki, Paşinyan bir başa Moskvanın iştirakı olmadan Bakı ilə danışıqlarda maraqlıdır. ikincisi, bu operativ əlaqəyə Qərb tam dəstək verəməklə, münaqişənin həllinə köməklik göstərə bilər. Üçüncüsü, Azərbaycan bu operativ əlaqədən istifadə edib, Ermənistanın imitasiya siyasətinə imkan verməməlidir. 
İki ölkə arasında operativ əlaqə ilə tərəflər danışıqlar aparacaq. Bu müddət ərazində cəbhə bölgəsində atəşkəsin qorunması, iri çaplı silahlardan istifadə edilməməsinə əməl ediləcək. 
Məhz Azərbaycanın hərbi üstünlüyü, artıq Paşinyanın danışıqlar masası arxasına keçməsinə səbəb oldu. Qeyd edim ki, Qarabağ separatçıların danışıqlarda tərəf kimi iştirakını irəli sürən Paşinyan bundan sonra bu kimi sərsəm bəyanatlar səsləndirməsi göründüyü kimi heç bir əhəmiyyət malik olmadı.
Paşinyanda bilir ki, Qarabağ münaqişəsi həll olunmadan ölkəsi iqtisadi cəhətdən inkişafı mümkün deyil.

Analtik Ehtiram Aşırlı

Reaksiya.az

Advertisement Banner

Şərhlər