Seçkiöncəsi ABŞ-dan İrəvana sərt Qarabağ mesajı - Paşinyanın başı dərddə...

Ermənistandakı seçkilərin legitimliyi tanınmaya bilər; Venesiya Komissiyası narazıdır; Ağ Ev isə Ermənistanda hansı liderin iqtidarda olmasından asılı olmayaraq, Azərbaycanla anlaşma və İranla bağlı seçim tələb edir...

Ermənistanın baş naziri Nikol Paşinyan vəd elədiyi kimi, istefaya getdi. Ancaq baş nazir səlahiyyətlərinin icrasına davam edəcək - bir şərtlə ki, parlament onun yerinə digər şəxsi baş nazir seçməsin. O halda konstitusiyaya görə parlament buraxılacaq və uzağı 45 günə erkən seçkilər keçiriləcək.

Hələ ki hər şey Paşinyanın qurduğu ssenari üzrə gedir. Erməni inqilabının rəhbəri nə qədər ki, reytinqi yüksəkdir, növbədənkənar parlament seçkilərinə gedib hakimiyyət çevrilişini rəsmiləşdirməyə tələsir. Necə deyərlər, istefaya gedir ki, daha güclü şəkildə öz postuna qayıda bilsin.

Ancaq bunun bir elə asan olmayacağı barədə dəlillər də az deyil. Söhbət heç də daxildə eks-prezident Robert Köçəryan başda olmaqla, Moskvaya bağlı revanşist qüvvələrdən, pusquda duran zəngin Qarabağ klanından getmir. Paşinyanın ciddiyə almalı olacağı xarici faktorlar da var.

*****

Bunlardan birincisi cəmi ayyarıma reallaşacaq erkən seçkilərin legitimliyinin Paşinyanın bel bağladığı Qərb tərəfindən nə dərəcədə legitim sayıla biləcəyi ilə bağlıdır. Ermənistan demokratik ölkə deyil, onun ayarım ərzində azad və ədalətli seçki təşkil eləmək təcrübəsi də yoxdur. Məhkəmələri müstəqil deyil, üstəgəl, kifayət qədər kriminallaşmış ölkədir. Bu üzdən bir çox yerli və əcnəbi təhlilçilər dekabr seçkilərinin beynəlxalq standartlara uyğun gəlməyə biləcəyi, Paşinyan elektoratının seçki prosesində fərqli düşünənlərə qarşı zorakılıq edəcəyi barədə xəbərdarlıqlar etməyə başlayıblar.

Ä°lgili resim

Öz növbəsində Avropa Şurasının Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) dekabrda növbədənkənar parlament seçkiləri keçirməyin əleyhinə olduğunu bəyan edib. “Yeni Müsavat” xəbər verir ki, komissiyada seçki məcəlləsini dəyişdirib cəmi bir aydan sonra seçki təşkil etməyi məqbul saymayıblar. Venesiya Komissiyasının rəhbəri Canni Bukikkio bu qənaətdədir.

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) isə Ermənistandakı bütün siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir.

armenia votes ile ilgili görsel sonucu

“Washington Times” qəzeti isə Ermənistandakı anarxiyadan yazıb. “Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir”, - deyə nüfuzlu nəşr qeyd edib .

*****

Paşinyan və komandası üçün ikinci ciddi əngəl Qarabağ məsələsi ilə bağlı ola bilər. Maraqlıdır ki, erkən seçkilər başlar-başlamaz, ABŞ-ın Ermənistandakı səfiri, “məxməri inqilab”ın memarı saylan Riçard Millz “EVN Report” erməni nəşrinə müsahibəsində Qarabağ probleminin işğal altında olan müəyyən ərazilər qaytarılmadan həllinin mümkün olmadığını söyləyib. Bu da Ermənistanın siyasi elitasında az qala, açıq səmada şimşək şok effekti yaradıb.

armenia votes ile ilgili görsel sonucu

Sitat: “Ermənistan münaqişənin həlli üçün Azərbaycanla kompromislərə getməlidir. Ümid edirəm ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq”. Diplomat indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu da dilə gətirərək deyib: “Mən ilk dəfə ölkəyə gələndə çox təəccübləndim ki, ermənilərin böyük hissəsi işğal altındakı ərazilərin qaytarılmasına qarşı çıxır. Torpaqların qaytarılması ”Madrid prinsipləri"nin əsas müddəalarındandır və istənilən nizamlama işğal olunmuş ərazilərin ən azı, müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək".

Paşinyanın bu açıqlamaya reaksiyası gecikməyib. O, Millzin Qarabağ bəyanatına “artıq səlahiyyətləri bitməkdə olan səfir”in sözləri kimi yanaşmağı məsləhət görüb. “Biz öz mövqeyimizi bildirmişik və düşünmürəm ki, o, hər hansı dəyişikliyə uğrayıb”, - deyə Paşinyan dünən jurnalistlərə açıqlamasında bildirib.

*****

Lakin Paşinyanın iddia elədiyi kimi, Millz heç də “səlahiyyətləri bitməkdə olan” səfir kimi sırf öz mövqeyini ifadə etməyib. Bu, ABŞ-dan olan həmsədrlərə də xas mövqedir. Ondan cəmi bir neçə gün öncə isə Bakıda və İrəvanda olan ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisinin müavini Corc Kent də oxşar mövqe sərgiləmiş, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdi.

səfir Millz ile ilgili görsel sonucu

Yəni bununla, faktiki, Vaşinqton İrəvana aydın mesaj verir ki, seçkilərdən sonra hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq, Ermənistan öz normal inkişafı və Rusiyadan asılılığını azaltmaq naminə işğal siyasətinə son qoymalı və Azərbaycanla anlaşmalı olacaq.

Qarabağ məsələsi isə Rusiya təsirinin regionda qalması üçün ən güc amillərdən biri sayılır - bunu ABŞ da yaxşı bilir. Belə görünür ki, Amerika heç olmasa, özünü demokratik sayan Paşinyan iqtidarının bu məsələdə rasional mövqe tutacağına, nəticə etibarilə regionda Moskvanın hökmranlığını azaldacağına ümid edir.

Ancaq Paşinyanın reaksiyasından görünür ki, buna o, hələ hazır deyil və sələfləri kimi torpaqları qaytarmağı düşünmür. Ola bilsin, seçki ərəfəsində bu mövzuya toxunmaq ondan ötrü təhlükəlidir. Gözləyək, görək seçkilərdən sonra Paşinyan hansı yolu seçəcək...   

*****

Bu arada Pasinyan və komandası üçün daha bir ciddi problem yetişməkdədir: xəbər verdiyimiz kimi, bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə, o cümlədən Ermənistana da səfər edəcək. Artıq onun səfərinin əsas məqsədi bəllidir - region ölkələrini İranla sıx əməkdaşlıqdan çəkindirmək (Qarabağ məsələsi də müzakirə mövzularından olacaq). Bu, işğalçı Ermənistan üçün xüsusilə ağır tələbdir. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanın İranla bağlı manevr imkanı yoxdur, çünki İrandan və Rusiyaya çox asılıdır. İqtisadi, energetik müstəqilliyi yoxdur.

Beləcə, Paşinyanın başı əməllicə dərddədir. Situasiyanın paradoksallığı həm də ondadır ki, seçkilərdən qalib ayrılacağı təqdirdə onun cavabdehliyi və məsuliyyəti indikindən qat-qat böyük olacaq. Çünki yuxarıda qeyd olunan üç məsələyə (seçkilərin legitimliyi, Qarabağ - işğal məsələsi və İran) məhz o cavabdehlik daşıyacaq.

Bu mənada ABŞ-ın təzyiqlərini müəyyən mənada kompensasiya eləmək üçün dekabrdakı seçkilərin azad, bərabər, ədalətli, keçirilməsi Paşinyan üçün xüsusi önəm kəsb edəcək... 

Reaksiya.az

Advertisement Banner

Şərhlər