Bakıda ağır qəza: qadın öldü, 2 yaralı var

09.12.2018 17:45     A-reaksiya     1034

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yerli KİV bildirir ki, Novxanı qəsəbəsində 99 RH 462 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobillə 90 AV 404 nömrəli "Toyota" markalı minik maşını toqquşub. Nəticədə "Azsamand"da olan qadın sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 2 nəfər isə yüngül xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Reaksiya.az

Şərhlər