Politoloq: "2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin durğun vəziyyətdən çıxmasına ümid var"

 "Başa çatan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında irəliləyişə nail olmaq üçün real fürsətlər əldən verildi".

Bunu “Report”a Dağlıq Qarabağ münaqişəsi ərtafındakı mövcud vəziyyəti və gələn il üçün perspektivləri şərh edən politoloq Tofiq Abbasov bildirib.

“Münaqişənin həlli baxımından bu ilin yekunları ürəkaçan sayıla bilməz, vəziyyəti durğunluqdan çıxartmaq üçün real fürsətlər əldən verilib”, – politoloq deyib.

O, bu fürsətlərin “məxməri inğilab”ın baş verdiyi Ermənistandakı sabitsizliklə, hakimiyyətə gələn yeni qüvvələrin münaqişəni həll etmək üçün nə edəcəklərini bilməmələri, təklif irəli sürməmələri ilə bağlı olduğunu bildirib.

“Nikol Paşinyanın əsirləri “hamıya hamını” düsturu ilə dəyişdirmək barədə rəsmi Bakının irəli sürdüyü təşəbbüsü layiqincə dəyərləndirmək üçün lazımi təcrübə və zəka sahibi olmadığı üzə çıxdı. Bu təşəbbüsü dəstəkləsəydi, siyasi dividendlər əldə edərdi, üstəlik barışıq yolunda ilk səmərəli addım da atılmış olardı. Bunlar baş vermədi, artıq bütün ümidlər yeni ilə qalıb” – T.Abbasov vurğulayıb.

Politoloq 2019-cu ildə vəziyyətin indiki durğunluqdan çıxarılması üçün müəyyən əsasların olduğunu diqqətə çatdırıb: “Azərbaycan Ermənistandakı yeni hökumət öz mövqeyini qəti müəyyənləşdirənədək Qarabağda hər hansı hücum əməliyyatına başlamayacağını müəyyən qədər eşitdirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yaxın vaxtlarda qarşılıqlı anlaşma əldə etmək üçün imkanların ortaya çıxmasını bildirməsi tərəflərin bir daha kəskin addımlar atmaq niyyətində olmadıqlarını göstərir. Odur ki, yaxın gələcəkdə irəliləyiş gözləmək olar”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar