"Artıq Ermənistanın bəhanə axtarması üçün heç bir əsası yoxdur" AÇIQLAMA-ÖZƏL

25.12.2018 15:05     A-reaksiya     1129

Düşünürəm ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçıları səviyyəsində intensiv danışıq raundu başlanacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O bildirib ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalı altında əbədi saxlamaq niyyətində deyil.

Millət vəkili söyləyib ki, əslində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar bu il başlanıb nəticə verməli idi: “Lakin Ermənistanda hakimiyyət dəyişikliyi məsələləri təxirə saldı. Artıq ermənilər anlayır ki, onların qaçmağa yerləri qalmayıb və masa arxasında hansısa qərarların verilməsi qaçılmazdır”.

Politoloqun fikrincə, ola bilsin Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində verilən sülh qərarından boyun qaçırarsa, o zaman Azərbaycan digər üsullara əl atmaq məcburiyyətində qalacaq: “Təbii ki, burada məsuliyyət Ermənistanın üzərinə düşəcək. Artıq Ermənistanın bəhanə axtarması üçün heç bir əsası yoxdur. Paşinyana parlamentin 70 faizi səs verib. Belə olan halda, Paşinyan özünün məsuliyyətli aparmağa məcburdur. Əgər ermənilər buna qadir deyilsə, o zaman Azərbaycan digər imkanlardan istifadə etmək üçün azad olacaq”

Reaksiya.az

Şərhlər