Merkeldən tarixi və qorxulu etiraf gəldi

27.01.2019 17:07     A-reaksiya     1204

Onun yardımı ilə Almaniya höküməti onların qarşısını almaq üçün hansı tədbirlər görülməli olduğunu müəyyən edə biləcək

 "Antisemitizm və insana nifrət" Almaniyanın cəmiyyəsinin hissəsi olmağa davam edir. Reaksiya.az Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kansler Angela Merkel 27 yanvar Holokost qurbanları günündə öz bloqunda deyib.

O, qeyd edib ki, bu gün almanlara irqçiliyin, nifrətin və insana nifrətin nə ilə nəticələndiyini xatırlatmaq üçündür və bu heç bir zaman təkrar edilməməlidir.

 

Nasistlərin zamanında hüquqlarından məhrum edilmiş, işgəncə verilmiş, və öldürülümş milyonlarla insanı xatırlayan Merkel antisemitizm, irqçilik və nifrətə qarşı qətiyyətlə müqavimət göstərməyə çağırıb.

"Bu gün bu yenidən böyük əhəmiyyətə malikdir", - deyə əlavə edib.

Merkel həmçinin qeyd edib ki, hazırkı dövrdə antisemitizm almanlar və digər ölkələrdən gəlmiş müsəlmanlar tərəfindən yəhudilərə qarşı olan nifrətin fərqli formada təzahürüdür.

Onun sözlərinə görə, İsrailə qarşı nifrətə dözmək mümkün deyil.

"Nasional sosializm Almaniya tarixinin hissəsidir" deyən Merkel bildirib ki, hökumət daha əvvəl də ölkədə yəhudilərin həyatı ilə əlaqəli və antisemitizmə qarşı mübarizə üçün ombudsman təyin edib və ekstremizmə qarşı mübarizə və vətəndaş cəmiyyətinə dəstək məqsədilə bir sıra strategiya və proqramlar hazırlayıb.

Onun sözlərinə görə, gələcəkdə antisemitizm təzahürlərinə dair məlumatların yığılması üçün xüsusi qeydiyyatçı olacaq. Onun yardımı ilə Almaniya höküməti onların qarşısını almaq üçün hansı tədbirlər görülməli olduğunu müəyyən edə biləcək.

Reaksiya.az



 

Şərhlər