Avropalı alimlərdən ŞOK ARAŞDIRMA - Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur

05.02.2019 12:35     A-reaksiya     1499

Qafqazda yaşayan xalqlar Amerika, Sibir və Cənubi Avropa xalqları ilə qohum olub.

Bu barədə paleogenetika mütəxəssisləri “Nature Communications” dərgisində geniş araşdırma məqaləsi yayımlayıb.

Qafqaz xalqlarının köç tarixini ortaya çıxaran Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları deyib:

“Müasir dövrdən 2-3 min il öncə Şimali Qafqazda yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox bənzəyiblər. Anlaşılan odur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha önəmli olub”.

Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu bölgəyə təxminən, 5-8 min il öncə gəldiklərini düşünür. Bu bölgə uzun müddət qövm köçlərinin ana yollarından biri olmaqla yanaşı, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılan pəncərə olub.

Bu səbəbdən danimarkalı arxeoloqlar uzun müddətdir, Qafqaz xalqlarının genetik yaddaşında bu köçlərin izini tapmağın mümkün olacağını düşünürdü. Bu fikrə əsasən, bəzi durumlarda mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalı idi. Bu çərçivədə danimarkalı alimlər Cənubi Qafqazın digər xalqları ilə ermənilərin əcdadlarının əslində heç dəyişmədiyini isbatlamışdı.

Reynold və Rusiyanın məşhur paleogenetik mütəxəssislərin də iştirak etdiyi qrup günümüzdən təxminən, 3-6 min il öncə bu bölgədə yaşayan 4 nəsil əkinçi və maldarların genlərini analiz edərək Şimali Qafqaz xalqlarını Avropa və Asiyanın keçmiş insanları ilə əlaqələndirən son dərəcə qəribə və gözlənilməz sirləri ortaya çıxarıb.

Fərqli tarixi dövlərdə dağlarda yaşayan insanların aralarındakı qohumluq əlaqələrinin izi ilə gedən alimlər Qafqazın keçmiş sakinlərini köç etməyə məcbur qoyan səbəbləri və Rusiyanın qonşuluğundakı respublikaların müasir sakinlərinin DNT-lərində hansı izlərin qaldığını tapmağı ümid edirlər. Bu çərçivədə aparılan qarşılaşdırmalar gözlənilməz nəticələri ortaya qoyub. Məsələn, Daş dövründə Qafqaz xalqları arasındakı genetik “sərhəd” bu gün olduğu dərinlikdə olmayıb. Rusiya ilə Qafqaz ekosistemini ayıran xətt boyunca uzanıb. Bunun nəticəsində alimlər Qafqazda yaşayan və arxeoloqların bir-birinə yad hesab etdiyi xalqların əslində yaxın qohum olduğu üzə çıxıb. Bu xalqlar coğrafi baxımdan bir-birinə yaxın olsa da, təmasda olmayıblar. Lakin çox uzaq xalqlarla münasibət qurublar.

MAYKOP MƏDƏNİYYƏTİ

Tunc dövrünün əvvəllərində şimal-qərbi Qafqazda yayıldığı düşünülən məşhur Maykop mədəniyyəti buraya arxeoloqların bu günə qədər düşündüyü kimi Mesopotomiyadan gəlməyib. Onlar əslində, Avrasiyanın cənub xalqları ilə münasibətləri olmayan yerli, xüsusi qrup olub. Daha qəribəsi isə onların DNT-də qırmızıdərili və Sibirin müasir xalqlarının əcdadları ilə bağlarını göstərən faktlar ortaya çıxıb. Bənzər şəkildə Qafqazın şərq sərhədlərində yaşayan Yamnaya mədəniyyəti də Avropanın qədim cənub və cənub-şərq xalqları və onların müasir təmsilçiləri ilə qohum olub.

Professor Reynold və məsləkdaşlarına görə, Yamnaya mədəniyyətinin daşıyıcılarının müasir Avropa xalqlarının ataları və Qafqaz xalqları arasındakı münasibətləri kəşf etməsi tarixi baxımdan ən sirli və diqqətçəkən tapıntıdır. Bu münasibətlər Hind-Avropa dillərinin meydana gəlməsinə dair “Xəzər” teoriyasını gücləndirir və bu ilk dilin ana vətəninin Qafqazın ən cənubunda ola biləcəyini göstərir.(publika)

Reaksiya.az

Şərhlər