İsrailin yalnız ABŞ və Azərbaycana satdığı DƏHŞƏTLİ SİLAH - İrəvan TƏŞVİŞ İÇİNDƏ

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini yenidən almaq istəyir. Erməni şərhçi Hakop Badalyan isə yazır ki, “Aeronautics” Azərbaycanın İsraildə pilotsuz təyyarə ala biləcəyi tək şirkət deyil: “İsrailin müdafiə sənayesi üzrə ixtisaslaşmış müxtəlif şirkətləri Azərbaycanla əməkdaşlıq edir. İsrail Müdafiə Nazirliyinin sonuncu qərarı da fevralın 27-də İrana səfər etməyə hazırlaşan Nikol Paşinyana cavab hesab oluna bilər. İsrail Ermənistan-İran münasibətlərini diqqətlə izləyir”.

Politoloq Qabil Hüseynli publika.az-a açıqlamasında bildirdi ki, İsrail Ermənistanla ona qarşı çox amansız mövqelərdə dayanan dövlətləri ciddi surətdə izləyir və bundan özü üçün lazım olan nəticələri çıxarır:

“Azərbaycan uzun müddətdir ki, hərbi-siyasi sahədə İsrail dövləti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çox gözəl nəticələrə gətirib çıxarır. İsrail hərbi sənaye kompleksinin və özəl şirkətlərinin istehsal etdiyi dünyada analoqu olmayan pilotsuz təyyarələrin Azərbaycana satır. Eləcə də həmin silahların bəzi növlərini Azərbaycanda istehsalını təşkil edir. Artıq Azərbaycanın “Azərsilah İstehsalat Birliyi”ndə bir neçə zavod İsrailin bu modifikasiyalı pilotsuz uçuş aparatlarını istehsal edir və Azərbaycan ordusu demək olar ki, ciddi sayda həmin silahlarla təchiz olunur. Doğrudur, bununla bağlı lisenziya 3 illik imzalanmışdı. Bu kamikadze tipli təyyarələrin Azərbaycana satışı da, istehsalı dayandırılmışdı. Çünki həmin aparatlardan həm də Amerika ordusu istifadə edir. Görün, nə qədər böyük nüfuza malik silahlardır. İsrail parlamenti həmin təyyarələrin xaricə satılması və ya istehsalının təşkil edilməsi ilə bağlı qanun layihəsi qəbul etmişdi. Lakin bu qanun layihəsi qısa müddətdə qüvvədə qaldı. Cəmi ay yarımdan sonra İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqi ilə parlament vetosunu geri götürdü və həm ABŞ, həm də Azərbaycana kamikadzelərin satışı və istehsalına dair icazə verildi. Bu silahlar İsrail-Azərbaycan münasibətlərində strateji xarakter daşıyır. Uzun müddətdir ki, bu strateji əməkdaşlıq böyük faydalar verir. İsrail Azərbaycanın hərbi sənayesinin inkişaf etməsinə lazım olan qayğını göstərir. Çünki İsrailin yalnız öz ordusuna verdiyi və digər ölkələrin malik olmadığı pilotsuz uçuş aparatlarının istehsalını Azərbaycana etibar edir. Bu səbəbdən Azərbaycanda silah istehsalı yeni keyfiyyət mərhələsinə qalxıb.

Ermənistan uzun müddətdir ki, İsraillə silah alveri etməyə çalışır. Xüsusilə, pilotsuz kamikadze təyyarələrindən almaq istəyir. Amma İsrail bu təyyarələri ona vermir. Paşinyan özü də 8 aylıq hakimiyyəti dövründə dəfələrlə İsrail bu əlaqələri yaratmağa cəhd göstərmiş, lakin İsrail bu cəhdləri boşa çıxarmışdı. Əsas səbəblərdən biri odur ki, İsrail Ermənistanın təcavüzkar ölkə olduğunu yaxşı başa düşür. Azərbaycana qarşı işğalçılıq siyasətini də bağışlamır. Bu faktor İsrail dövləti tərəfindən ciddi sürətdə nəzərə alınır. Bu təcavüzkar siyasətə çanaq tutan İran kimi teokratik bir rejim də erməniləri yaxından dəstək verir. Onları lazım olan resurslarla təmin edir. Son dövrlərdə Paşinyan çox səfeh bir ideya ortaya atıb. Belə ki, Ermənistan da öz ərazisindən neft və qaz boruları keçən bir ölkəyə çevrilmək istəyir. Ərazisindən neft və qaz kəmərləri keçən Gürcüstan bu kəmərlərə büdcəsinin 42%-ni doldurur. Ermənistan da bundan nümunə götürmək istəyir. Bu xəyalı gerçəkləşdirmək üçünsə İranın neft və qazının Avropaya – çox mücərrəd anlayışdır – göndərilməsi ilə bağlı addımlar atmaq niyyətindədir. İran dövlətini də başdan çıxarıb bu yola sövq etməyə çalışırlar. Əvvəla, Ermənistanın coğrafi relyefi buna imkan vermir. İkincisi, bu boru kəmərlərini Avropa ərazisinə çıxarmaq o qədər də asan məsələ deyil. İrana qarşı tətbiq edilən sanksiyalar şəraitində utopik ideyanı həyata keçirmək mümkünsüzdür. Əlbəttə, İsrail Ermənistanla ona qarşı çox amansız mövqelərdə dayanan dövlətləri ciddi surətdə izləyir və bundan özü üçün lazım olan nəticələri çıxarır. Zənnimcə, Paşinyanın İrana səfərindən sonra İsrail Ermənistana qarşı mövqeyini daha da sərtləşdirəcək və bu siyasət özünü bir neçə sahədə göstərəcək".

Reaksiya.az

Advertisement Banner

Şərhlər