İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe - Putinin “dirijor çubuğu” ilə...

13.02.2019 13:33     A-reaksiya     685

Yeni hökumətin Qərbə inteqrasiya bəyanatları fiasko olur; Ermənistan müdafiə nazirinin şok bəyanatının səbəbi; işğalçı ölkə Suriyadakı əməliyyatlarda iştirak edəcək?..

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-nə İrana nəzərdə tutulan ilk rəsmi səfərinə hazırlıq gedir. “Hazırlıq” deyəndə ki, əslində bu, daha çox hər iki tərəf üçün sırf siyasi mesaj anlamı daşıyır və dünyaya, dost-rəqiblərə ismarış niyyəti güdür. İran bununla bölgədə  təklənmədiyini və regional güc olaraq, qəbul edildiyini göstərmək, işğalçı ölkə də bölgədə tək olmadığını və İran kimi iri müsəlman dövlətinin himayəsində olduğunu nümayiş etdirmək istəyir.    

Paşinyanın səfərinin bu xüsusda ilk növbədə ABŞ-da məmnunluq yaratmayacağı haqda yazmışıq. Hərçənd Rusiyanın satelliti olan bir ölkənin rəhbərinin Tehranda hansısa önəmli və ikitərəfli əhəmiyyət kəsb edən sənədi imzalaması gözlənilmir. Bu səfər həmçinin Ermənistanın İrana vəfa borcunu nümayiş etdirən, bir az da Qərbdən pul qoparmaq üçün şantaj niyyəti güdən bir ziyarət olacaq...

*****

Bu arada Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan silahlı qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarda iştirakını istisna etmədiyini söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, İrəvanda yunan Kiprinin müdafiə naziri Savvas Angelidislə dünən keçirdiyi mətbuat konfransında bəyan edib.

Paşinyan ile ilgili görsel sonucu

“Suriyanın indiki de-fakto hakimiyyətindən erməni humanitar missiyasının Suriyaya göndərilməsi haqda yazılı müraciət daxil olub. Humanitar missiya qanun əsasında həyata keçirilir. Əlavə onu bildirim ki, əgər Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti də yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək. Düşünürəm ki, belə bir qərarın qəbulu üçün Ermənistandakı parlamentdən kənar qüvvələrlə də işləyəcəyik”, - deyə erməni müdafiə naziri bildirib.

Aydındır ki, Ermənistan hərbçiləri Suriyada yalnız Rusiya komandanlığı altında hərbi əməliyyatlara qatıla bilərlər. O da məlumdur ki, Bəşər Əsəd rejiminin əsas müdafiəçiləri Rusiya və İran, əsas əleyhdarları isə Türkiyə, ABŞ-dır.

Ağ ev ile ilgili görsel sonucu

Məsələ də ondadır ki, Paşinyan hökumətindəki əsas güc naziri sayılan David Tonoyanın bu açıqlaması, şübhəsiz, Moskvaya növbəti xoşməramlı və mütilik jesti, rəsmi Vaşinqtonu isə əsəbiləşdirəcək bir mövqedir. Maraqlıdır ki, Tonoyon bu bəyanatı təzəcə başa çatan Rusiya səfərindən bir neçə gün sonra verib. Həmin səfər zamanı ona Moskvada SU-30SM qırıcılarının maketi təqdim edilmiş, o da həmin maketi əlində tutaraq, sevincək poza vermişdi.

Bildirək ki, Rusiya Ermənistana aşağı faizli kredit çərçivəsində və daxili bazar qiymətinə 2020-ci ildə bu qırıcıdan bir neçəsini verməyi planlaşdırır. Lakin o vaxta kimi Kreml Paşinyan hökumətinin sədaqətinə əmin olmalıdır. Sədaqət andları isə, göründüyü kimi, artıq əməli şəkildə reallaşmağa başlayıb.

*****

David Tonoyanın Moskvada ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, müdafiə naziri David Tonoyanın Moskvadan qayıtdıqdan sonra verdiyi yuxarıdakı açıqlama əsasən qərbyönlülərdən ibarət olan yeni parlamentdəki çoxluq tərəfindən narazılıqla qarşılanıb. Belə ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan dünən deyib ki, “Ermənistan hökuməti qoşunların təmas xəttindəki Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirmək yerinə, Suriyaya hərbi missiya göndərir”. Komitə sədrinin sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan Azərbaycandan verilən bütün açıqlamaları ciddiyə almalıdır.

Xatirladaq ki, keçən həftə Nikol Paşinyan Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərmişdi. Məlumata görə, minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən xəbər verib. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.

David Tonoyanın Moskvada ile ilgili görsel sonucu

Bundan az öncə isə məlum olmuşdu ki, Nikol Paşinyan hökumətinin 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi yer alıb. “Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” - sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.

*****

Syria Armenian Army ile ilgili görsel sonucu

Putinin vassalı Bəşər Əsədə İrəvandan bu kimi kömək və dəstək bəyanatları, hərbi əməliyyatlarda Əsəd qüvvələri tərəfdə iştirakla bağlı Tonoyanın vədi, habelə açıqlanan 5 illik proqram ondan xəbər verir ki, Ermənistanın yeni rəhbərliyinin də ölkəni Rusiyanın qucağından düşürmək niyyəti yoxdur və Nikolun Qərbə inteqrasiya haqda bəyanatları gerçəkdən, nağıldan başqa bir şey deyil. Bir qədər də dəqiqləşdirsək, belə demək olar ki, prezident Vladimir Putin ABŞ-ın “dirijor çubuğu” ilə hakimiyyətə gələn Nikol Paşinyanı, faktiki, ram etməkdə və onu öz “dirijor çubuğu” altında oynatmaqdadır. Odur ki, Qərb də öz işini bilməlidir.

Təbii ki, erməni tərəfinin Rusiya reveransları ən əvvəl Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalını davam etdirmək istəyindən dolayı yaşanan narahatlıqla bağlıdır. Qarabağ konfliktinin ədalətli həllini arzulayan bir qüvvə Rusiyaya sığınmaz. O ki qaldı D.Tonoyanın “Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək” sözlərinə, burada beynəlxalq hüquqa “sayğılı” erməni rəsmilərinə bir-iki sual ünvanlamaq qalır: Ermənistanın silahlı qüvvələri hansı qanuni əsasla 30 ildir yad bir ölkənin ərazisində - Azərbaycanda mövcuddur? Bu icazəni ona kim verib, yoxsa Ermənistan özünü “qanuni işğalçı” hesab edir? Hərçənd bir işğalçının - Ermənistanın başqa bir işğalçıya - Gürcüstan və Ukrayna torpaqlarını zəbt eləmiş Rusiyaya dəstəyi və qul sədaqəti təəccüblü deyil...

Reaksiya.az

Şərhlər