Paşinyanın “sehrli çubuğu” - “iqtisadi inqilab” nağılı rəsmiləşdi, sonra?..

14.02.2019 14:58     A-reaksiya     945

Populist baş nazir xalqını vədlərlə yedizdirməkdə davam edir; sərhədlər açılmayınca iqtisadi sıçrayış mümkün olmayacaq, çünki...; Sergey Markov: “Blokada şəraitində Ermənistan iqtisadiyyatlını irəli aparacaq qüvvə yoxdur”; erməni siyasi şərhçi: “Kosmetik uğurdan artığı mümkün olmayacaq...”

Ermənistanın baş naziri Nikol Paşinyan srağagün hökumətin 5 illik proqramını parlamentə təqdim edib. Proqramda xarici siyasətin əsas prioriteti kimi Rusiyanın seçilməsi və Rusiyanın dominant olduğu əsas qurumlarda - Avrasiya İqtisadi Birliyi və KTMT-də (“Rus NATO-su”) İrəvanın təmsilçiliyinin davam etdiriləcəyi barədə yazmışıq. Bu, o deməkdir ki, yeni hökumət də işğalçı ölkənin Rusiyanın təhlükəsizlik sistemində qalmasında qərarlıdır.

Populist baş nazir xalqını vədlərlə yedizdirməkdə davam edir; sərhədlər açılmayınca iqtisadi sıçrayış mümkün olmayacaq, çünki...; Sergey Markov: “Blokada şəraitində Ermənistan iqtisadiyyatlını irəli aparacaq qüvvə yoxdur”; erməni siyasi şərhçi: “Kosmetik uğurdan artığı mümkün olmayacaq...”

Parlamentdə çıxışı zamanı N.Paşinyan “ümumxalq iqtisadi inqilabı”nın başladığını da bəyan edib. “Yeni Müsavat”ın məlumatına görə, baş nazir ümidvar olduğunu bildirib ki, “məxməri inqilab”da qalib gələn xalq “iqtisadi inqilab”da da qələbə çalacaq. “Ermənistan hökumətinin yaxın 5 ilə əsas vəzifəsi yoxsulluğun və işsizliyin azaldılması və aradan qaldırılması,  sənayenin və ixracın artımı olacaq”. Bunu da Nikol Paşinyan deyib.

Paşinyan ile ilgili görsel sonucu

Ancaq necə, nə ilə? Bunu deməyib. Yəni 9 ay öncəki kimi yenə söz, vəd. Vəd vermək asan, onları tutmaq isə qat-qat çətindir - xüsusən də böhran içində olan bor ölkənin rəhbəri üçün. Hər halda hakimiyyətdə olduğu 9 ayda ölkəyə ciddi xarici sərmayə cəlb edə bilməyən Nikol yəqin ki, özü də buna əminlik hasil edib.

Bu səbəbdən ekspert çevrələrində hökumətin 5 illik proqramı deklarativ xarakterinə görə tənqidə tuş gəlib. Çünki Paşinyanın “iqtisadi inqilab” proqramında bir kəlmə də nə Azərbaycan və Türkiyə tərəfdən sərhədlərin açılmasından, nə də Dağlıq Qarabağ konfliktinin həlli vacibliyindən danışılmır. Halbuki bu iki faktor 1993-cü ildən Ermənistan iqtisadiyyatının inkişafına əsas əngəl olaraq qalır.

*****

Sergey Markov ile ilgili görsel sonucu

Sergey Markov

“Sərhədlərin blokadası istənilən şərtlərdə Ermənistanın normal inkişafına imkan verməyəcək”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloq, Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru  Sergey Markov Paşinyanın iqtisadi “iqtisadi inqilab” proqramını “Vestnik Kavkaza” portalına şərh edərkən deyib.

“Ermənistanın iqtisadi sıçrayışı üçün şərtlərin bəziləri var, bəziləri isə yoxdur. Məsələn, Nikol Paşinyanın siyasi iradəsi və məsələyə sistemli yanaşması var, inkişaf istəyən əhalinin əksəriyyəti onu dəstəkləyir. Nədən ki, ölkə iqtisadiyyatı durğunluq içindədir. Eləcə də yüksək texnologiyalı, varlı Qərb dövlətlərinin siyasi dəstəyi var. Ancaq bunlar kifayət deyil. İlk növbədə ona görə ki, Ermənistan hələ də nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi hesabına iqtisadi blokada vəziyyətindədir”, - deyə politoloq qeyd edib.

Ekspertə görə, blokada Ermənistanın hər hansı inkişafını əngəlləyən əsas maneədir: “Vəziyyəti qəılizləşdirən həm də odur ki, Ermənistanın özü balaca və dar bir bazardır. Ermənistan iqtisadiyyatı yalnız daha geniş bir bazarla inteqrasiyada inkişaf edə bilər. Belə bir bazar isə hələ ki yoxdur. Rusiya ilə o, loqistik maneələr (arada quru sərhəd yoxdur - red.), həll olunmamış Qarabağ konflikti və Gürcüstan vasitəsilə tranzit yolun zəif buraxılış qabiliyyəti səbəbindən belə inkişaf mümkün deyil”.

ermənistan iqtisadiyyatı ile ilgili görsel sonucu

Bundan əlavə, Markovun qənaətincə, Rusiya iqtisadiyyatının özü indi depressiv durumdadır. “Həmçinin İranın iqtisadiyyatla bağlı böyük problemləri mövcuddur. Yekunda Ermənistan iqtisadiyyatı haqda belə demək olar: ”Nəfəs almaq istəyir, ancaq ağciyərləri açılmır". Bundan əlavə, ölkəyə ciddi sərmayə qoya biləcək erməni diasporun mövqeyi hələ də dəqiq deyil. Sözdə dəstək var, faktiki isə mən qəti şəkildə deyə bilmərəm ki, diaspordan investisiya dəstəyi olacaq", - deyə bildirib.

Beləliklə, aydın olur ki, Ermənistanda sırf oliqarxik-kriminal idarəçiliyi aradan qaldırmaqla ölkənin yaralarını sağaltmaq mümkün olmayacaq.

“Yenə də əsas odur ki, Azərbaycanla konflikt şəraitində sərhədlər bağlıdır. Üstəgəl, xaricdən və diaspordan, lap elə daxildən ciddi sərmayələr yoxdur. Nəticə etibarilə investisiyalar, texnologiyalar, bazarlar yoxdur. O da nəzərə alınmalıdır ki, iqtisadiyyatın özü sürətlə böyümür, ona hansısa drayver lazımdır. Çin drayver qismində Qərb ölkələrinin bazarları, investisiya və texnologiyalarından istifadə elədi. Azərbaycan - neft-qaz gəlirlərindən, Sinqapur - loqistik və maliyyə mərkəzlərindən istifadə edib. Paşinyan isə hələ də izah eləməyib ki, blokada şəraitində hansı qüvvə Ermənistan iqtisadiyyatlını irəli aparacaq”, - deyə sonda Markov əlavə edib.

*****

ermənistan iqtisadiyyatı ile ilgili görsel sonucu

Yazıçı-jurnalist, “Vesti FM” radiosunun aparıcısı Armen Qasparyan da ilk növbədə Ermənistanın inkişafı üçün blokadanın götürülməsinə diqqət çəkib. “İş ondadır ki, coğrafi baxımdan respublikanın yerini dəyişmək mümkün deyil. Hara hərləsən, Ermənistan yenə diplomatik münasibətlərin olmadığı Türkiyə və müharibə vəziyyətində olduğu Azərbaycanla həmsərhəd olacaq. Hər iki sərhəd də bağlı, faydalı qazıntılar yox”.

Onun sözlərinə görə, o səbəbdən hazırkı məqamda Paşintyan populist kimi görünür. “Əlavə edim ki, Ermənistanın problemlərini yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazmaq lazım deyil. Axı qohumbazlıq ölkədə həmişə olub. Bu regionla bağlı müəyyən mental ənənələr var - nə barədə ki, hamı bilir. Və mən bunun kardinal şəkildə dəyişəcəyinə əmin deyiləm. Kosmetik uğur ola bilər. Ancaq çətin ki, bundan artığı mümkün olsun”.

Bundan artığı üçün isə yol bəlli - Qarabağ probleminin ədalətli həlli, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması...

Reaksiya.az

Şərhlər