Azərbaycanın tanınmış kino - drammaturqu Rüstəm İbrahimbəyov Bakıya gəlib.

17.02.2019 20:44     A-reaksiya     1002

 

 

"Reaksiya.az" xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.

Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib.

Strateq.az saytı isə xəbər verir ki, rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında fotolar paylaşıb.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

"Reaksiya.az" bildirir ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubiıeyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında kiməsə yer verilməyib.

Son günlər Azərbaycan Prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar...

Reaksiya.az

Şərhlər