İrəvan “iki daş” arasında - Paşinyan avropalıların “saqqızını” oğurlaya bilmir

06.03.2019 12:33     A-reaksiya     1106

 

Erməni baş nazirin Brüssel blefi, “dəvəquşu siyasəti”; Paşinyan avropalıların “saqqızını” oğurlaya bilmir; Nikol yenə Avropaya pul üçün yalvardı...

Tehran səfəri fiasko olan, İranla ciddi heç bir anlaşmaya nail olmayan Nikol Paşinyan indi də Brüsseldə səfərdədir. Bu dəfə o, Avropaya Qarabağ nağılları danışır, Qərblə dostluq nəğmələri oxuyur, işğalçı ölkədə “vüsət alan islahatlar”dan, “demokratik Ermənistan”ın xristian Avropası üçün vazkeçilməz önəmindən dəm vuraraq, ondan pul qoparacağına ümid edir.

Amma gələn xəbərlərdən hasil olan qənaət belədir ki, Nikol Paşinyan Avropadan yenə “əli ətəyindən uzun” qayıdacaq. Ona nə Qarabağ məsələsində gözlədiyi siyasi dəstək veriləcək, nə də avropalılardan umduğu maliyyə, pul. Səbəb təkdir: Paşinyan “iki stulda oturmaq” siyasəti aparır, istəyir ki, onun bir əlindən Rusiya, o birindən Qərb tutsun, biri silah, hərbi-təhlükəsizlik dəstəyi versin, digəri - Qərb isə maliyyə və siyasi köməyi göstərsin. Bu fonda da xristian dünyasının ərköyün “balası” Dağlıq Qarabağın ilhaqını rəsmiləşdirəcəyinə ümid bəsləyir.

Bunu Paşinyanın Brüsseldəki açıqlamaları, bir yanda Rusiya və İran, o biri yanda isə ABŞ-Avropa Birliyi cütlüyü olmaqla onların arasında manevr eləmək cəhdi bir daha sübut edir. Məsələn, Paşinyan Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı rəsmi Bakıdan giley-güzar edərək deyib ki, Azərbaycan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmayıb. 

“Qarabağa gəlincə, qeyd edim ki, konfliktin hərbi həlli ola bilməz. Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”, - deyə o bildirib. Paşinyan bu bəyanatından sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib: “Təəssüf ki, ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”.

*****

Paşinyan əlbəttə ki, növbəti dəfə blef edib. Qarabağ danışıqlarındakı durğunluğa, artan müharibə riskinə görə haqsız yerə Azərbaycanı günahlandırıb. Halbuki Avropa Birliyi, ABŞ konfliktin nizamlanmasında ilk növbədə Paşinyan hökumətindən real addım gözləyir. Qərb rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, işğal altındakı ərazilərin heç olmasa, bir qismi boşaldılmayınca, yəni müharibə riski tam aradan qalxmayınca, Ermənistan qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmayınca, problemin həllində irəliləyiş mümkün deyil. Demək, münaqişə zonasına, Ermənistana böyük investisiya yatırımlarını da gözləməyə dəyməz.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

“Ermənistan rəhbərliyi Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın heç vaxt tam müstəqil olmayacağını anlamalıdır”. Bunu isə Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Paşinyanın Brüsseldə Qarabağ bəyanatına münasibət bildirərkən deyib. “Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim”, - deyə o əlavə edib.

*****

Ermənistanın yeni rəhbərliyi isə deyəsən, sələflərindən də güclü eyforiya içindədir və güman edir ki, onun “dəvəquşu siyasəti”, Qarabağ və suverenlik nağılları bu dəfə Brüsseldə ciddiyə alınacaq. Misal üçün, “Yeni Müsavat”ın məlumatına görə, Paşinyan çıxışında deyib: “Avropa Birliyi bizim qarşımızda geosiyasi oriyentasiya məsələsini qoymur. Şübhə yox ki, bizim Rusiya ilə əməkdaşlığımız çox mühümdür, nədən ki, strateji tərəfdaşlar olaraq qalırıq. Ermənistanın Rusiya və Avropa Birliyi ilə əlaqələrində ziddiyyət yoxdur və ola bilməz. Bu əlaqələr şəffafdır. Bunu da qeyd eləməyi vacib bilirəm ki, bizim AB ilə yaxınlaşmağımız Rusiyaya qarşı qəsdi nəzərdə tutmur, eyni qaydada Rusiya ilə əməkdaşlığımız AB-yə qarşı qəsd demək deyil. Energetika sahəsində biz əməkdaşlığı mühüm sayırıq və bu sahə üzrə Rusiya və İranla əlaqələri inkişaf etdirmək əzmindəyik”.

Paşinyan ile ilgili görsel sonucu

O da diqqətçəkicidir ki, Paşinyan Ermənistanın AB ilə imzaladığı assosiasiya sənədinin tələbinə zidd olaraq, qəza vəziyyətində olan Metsamor AES-i bağlamayacağını bildirib. Yəni faktiki, Brüsselin iradəsi əleyhinə gedərək, Rusiyaya daha bir reverans edib. Bu da anlaşılandır. Çünki “Moskvaya alternativ axtarışı İrəvana baha başa gələ bilər”. Bunu iqtisadçı ekspert Natiq Cəfərli axar.az-a deyib.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Yada salaq ki, Tehran səfəri zamanı Paşinyan İrandan qaz tədarükünü artırmağın mümkünlüyündən danışmışdı. N.Cəfərli isə hesab edir ki, Ermənistanın İranla qaz danışıqları Rusiyanın qazın qiyməti ilə bağlı kəskin artıma getməsinin qarşısını almaq məqsədi güdür. Ekspert sözügedən danışıqları Rusiyanın İrəvana satdığı qazın qiymətinin artırılmasına əks addım kimi qiymətləndirib: “İranla qaz danışıqları İrəvanın alternativlərin mövcudluğu ilə bağlı Moskvaya mesajıdır və Rusiyanın qazın qiyməti ilə bağlı kəskin artıma getməsinin qarşısını almaq məqsədi daşıyır”.

İqtisadçı bildirib ki, rus qazının Ermənistan bazarından tamamilə kənarlaşdırılması indiki halda mümkünsüzdür:“Rusiyanın əlində Ermənistana təzyiq etmək üçün böyük imkanları var. Çünki Rusiya təkcə Ermənistana qaz satmır, həm də qazpaylayıcı şirkətdə də böyük paya sahibdir. ”Qazprom" Ermənistanda ən böyük payçılardan biridir. Ona görə də Rusiyanın təkcə ölkəyə yox, əhaliyə də qaz satmaq imkanları var. Bu mənada Rusiya nəinki Ermənistana təzyiqləri artıra, həm də qaz müqaviləsi ilə bağlı İrəvanın reaksiyanı da neytrallaşdıra bilər. Moskvanın bundan hansı səviyyəyə qədər istifadə edəcəyini indidən söyləmək çətin olsa da, qaz məsələsi Rusiya ilə Ermənistan arasında kompleks danışıqların tərkib hissəsi kimi yenidən gündəmə gələcək".

*****

Beləcə, Ermənistan, onun inqilabçı baş naziri Rusiya, İran və Qərb arasında vurnuxur. Faktiki, “iki daş” arasındadır. Paralel olaraq, o, daxildəki “islahatları” geridönməz eləmək üçün Qərbin maliyyəsinə ümid edir, onun “saqqızını” oğurlamağa çalışır.

“Biz yeni iqtisadi fəaliyyət üçün meydan, mikrobiznes yaratmağa çalışırıq. Elə bir meydan ki, orada insanlar vergidən azad olacaqlar. Biz həmçinin investisiya mühitini yaxşılaşdırmaq üçün qanunverici düzəlişlərə hazırlaşırıq. Buna paralel infrastrukturları inkişaf etdirəcəyik. Bundan ötrü isə bizə Avropa Birliyinin texniki və maliyyə köməyi lazımdır”.“Yeni Müsavat”ın məlumatına görə, bunu da Nikol Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı bildirib. 

Ancaq belə bir kömək olmayacaq, gözlənilmir. Qərb (ABŞ və Avropa Birliyi) “məxməri inqilab”dan sonra da Rusiyanın ağuşunda qalmaqda, onun regionda yeganə hərbi qalası missiyasını can-başla yerinə yetirməkdə davam edən Ermənistana böyük sərmayələr verməyəcək. Verə bilməz. Bu, Qərbə inteqrasiyanın fəlsəfəsinə zidd olardı. Ən əsası, Qərbdə bunu dönə-dönə Paşinyanın özünə də anladıblar. O isə hələ də nağıllara inanır...  

Reaksiya.az

Şərhlər