Müharibə qərarı verilərsə, Ermənistan işğal etdiyi bütün torpaqları boşaltmalı olacaq - Sahib Alıyev

03.04.2019 11:52     A-reaksiya     1303

 Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın 29 martda Avstriyanın paytaxtı Vyanada ATƏT- in Minsk qrupunun həmsədrlərin vasitəçiliyi ilə baş tutan görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” deyə verdiyi bəyənat Ermənistan rəhbərliyinin danışıqlar masasına oturmasının məcburiyyətdən irəli gəldiyini, əslində bu görüşlərin Ermənistan üçün heç bir əhəmiyyəti olmadığını vurğulamaq idi.
 
 
Ermənistan müdafiə nazirinin verdiyi bəyənata Azərbaycan XİN və MN-dən verilən qarşılıq bəyanatının o qədər də sərt olmamasına qarşılıq Ermənistan tərəfindən bu dəfə daha sərt xəbər gəldi; Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdi ki, "müdafiə naziri baş nazirə tabedir" və D.Tonoyanın Azərbaycanı yeni müharibə ilə təhdid etdiyi çıxışına dəstək verərək bildirdi ki," o başqa cür çıxış etsəydi mən onu istefaya göndərərdim"... 
 
 
Bu isə artıq Ermənistan tərəfinin məqsədinin nə olduğunu gizlətməmələri, açıq şəkildə bəyan etmələri demək idi. İşğalçı ölkə bizi yeri torpaqlarımızı işğal edəcəyi ilə hədələyir.
Bu isə o deməkdir ki, bu ermənilər bizim üçün müharibədən başqa bir çıxış yolu qoymurlar.
 
Üç il bundan öncə Azərbaycan ordusu böyük əzmkarlıq mübarizlik göstərərək Ermənistan ordusuna kim olduğunu göstərmişdi. Görünən odur ki, bu gün də buna ehtiyac var.
Aprel döyüşlərin ildönümü ərəfəsində Ermənistan müdafiə nazirinin verdiyi bəyanat və Ermənistan prezidentinin işğal altındakı ərazilərə gəlməsi nəyin xəbərdarlığıdı?
Bəlkə bu Ermənistanın üç il bundan öncə itirdiyi nüfuzunu bərpa etməklə yanaşı illərdi arzusunda olduqları Azərbaycan torpaqlarını Kür çayı hövzəsindəki ərazilərə qədər uzatmaq iddiasın başlanğıcı kimi dəyərləndirilməlidir, kim bilir?... 
Məqsədindən asılı olmayaraq bu cür bəyanatların aprel döyüşlərinin ildönümü ərəfəsində verilməsi Azərbaycan xalqının səbr kasasını daşırmağa yönəlmiş addımlardır və ordumuzun hərbi əməliyyatla başlaması üçün bir şansdır.
 
 
***           
 
Ölkə başçılarının görüşündən bu yana gündəmi zəbt edən bu bəyanatların məqsədi barədə Reaksiya.az - a açıqlama verən millət vəkili Sahib Alıyev Ermənistan müdafiə nazirinin məlum bəyanatının Amerikanın erməni icmasından pul dilənmək məqsədi güddüyünü vurğulayıb. "Bilirsiniz ki, əvvəlki hərbi xuntanın ayrılan yardımları, pulları mənimsəməsi nəticəsində son vaxtlar qərbdəki erməni icması Ermənistana maliyyə yardımını azaltmışdı. Buna görə də küçədən hakimiyyətə gələnlər təzədən papulist bəyanatlar verərək, qərbdən yardım almağa çalışırlar.
Ermənistan müdafiə naziri hər halda elə bir vəzifədə olan biridir ki, o öz ordusunun gücünü, hansı vəziyyətdə olmasını da çox gözəl bilir, Azərbaycan ordusunun da. Onu da çox gözəl bilir ki, Azərbaycan dövləti müharibə qərarı verərsə, Ermənistan işğal etdiyi bütün torpaqları boşaltmalı olacaq."
 
 
Millət vəkili məsələyə başqa tərəfdən də yanaşaraq bildirib ki, "əsas olan Ermənistan müdafiə nazirinin verdiyi bəyanat deyil. Əsas olan odur ki, beynəlxalq qurumlar, həmsədr ölkələr D.Tonoyanın bir daha açıq şəkildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və eyni zamanda yenidən işğal niyyətində olduqlarını ortaya qoymalarına heç bir reaksiya verməmələridir. Millət vəkili qeyd edib ki, bu reaksiya Köçəryanın Avropa Şurasında azərbaycanlılarla ermənilər arasında etnik uyumsuzluq var kimi ksenatob, nasist bəyanatlar səsləndirəndə də yox idi, Ermənistanın eks prezidenti Serj Sarkisyanın Xocalıda soyqırım törətdiklərini və bunu məqsədli şəkildə etdiklərini dedikdə də yox idi. Millət vəkili təəssüflə qeyd etdi ki, bu cür ədalətsizliyə göz yumulan bir dünyada yaşayırıq, həmsədr ölkələr beynəlxalq qurumlar ölkəmizə qarşı olan ədalətsizliyə, işğala göz yummaqda davam edirlər. Həmsədr ölkələrin bu məsələni sülh yolu ilə həllini tapmalıdır demələri və bunu Ermənistanın konstruktiv danışıqlardan açıq - aydın boyun qaçırdıqlarını görərək demələri bir növ onların problemin həllindən çox idarə etmələrində maraqlı olduğunu göstəricisidir. "
 
Daha sonra Ermənistan prezidentinin aprel döyüşlərinin ildönümü ərəfəsində işğal olunmuş ərazilərə getməsinə münasibət bildirən millət vəkili "Ermənistan hakimiyyətinin bu addımının hələ də aprel döyüşlərinin xofunu yaşayan Ermənistan ordusuna ürək - dirək vermək məqsədi güddüyünü vurğulayıb. Bu bir növ üzürxahlıq məqsədi güdür ki, Ermənistan hakimiyyətinin səriştəsizliyi nəticəsində aprel döyüşlərində Ermənistan ordusu sarsıdıcı zərbələr aldı.
 
 
 
Azərbaycan prezidentinin vurğuladığı kimi üç il bundan öncə Azərbaycan ordusu Ermənistanın məğlubedilməzlik mifini darmadağın etdi və bununla növbəti dəfə göstərdi ki, birincisi Azərbaycan öz torpaqlarını hansı yolla olursa olsun geri qaytarmaq əzmindədir. İkinci qarşı tərəfi xəbərdar etdi ki, yaxşısı budur bu məsələ danışıqlar yolu ilə həllini tapsın. Yoxsa üç il bundan öncə haylar üçün daha dəhşətli və daha geniş miqyasda təkrarlana bilər."
 
***
Görünən odur ki, Azərbaycan ordusunun aprel döyüşlərini yenidən təkrarlamaq və istənilən halda öz torpaqlarını azad etməyə qadir olduğunu bir daha haylara başa salmağın zamanı çatmışdır!!!
 
Rəsmiyyə Allahverdiyeva
 

Şərhlər