Azərbaycan Qarabağda hücuma keçə bilər - Rusiyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI

Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma kəskinləşəcəyi halda Rusiya yenidən hər iki tərəfi hərbi güc istifadəsindən imtina etməyə və problemləri diplomatik yolla həll etməyə çağıracaq.

“Mənim fikrimcə, rəsmi Bakı belə olan halda Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu yolla getməyi tələb etməlidir: danışıqlar prosesinin hazırkı formada heç bir irəliləyişə töhfə vermədiyini qəbul edin, həmçinin prosesin səmərəliliyini artırmaq məqsədilə onu modernləşdirin”, - Perenciyev bildirib

Reaksiya.az

Advertisement Banner

Şərhlər