“Naxçıvanlıları ağır vəziyyətdən çıxarın" - FAZİL MUSTAFA NAZİRƏ SƏSLƏNDİ

12.06.2020 15:06     A-reaksiya     1652

Deputat Fazil Mustafa Milli Məclisin bugünki iclasında növbəti dəfə Naxçıvan getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırıb.

“Hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa, siyahıya alın, göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur”-deyə, deputat bildirib. Həmçinin F.Mustafa iclasda iştirak edən maliyyə naziri Samir Şərifova təcili əlavə təyyarələr üçün pul ayrılması barədə müraciət edib. “Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin, ora keçirim. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb, qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”, - deyə deputat bildirib.

Reaksiya.az

Şərhlər