Deputatdan nazirə: Bu sahəyə ayrılan pullara nəzarət edilsin!

19.06.2020 15:06     A-reaksiya     1702

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mədəni sahədə mövcud olan problemlərə hökumət üzvlərinin diqqətini çəkməyə çalışıb.

Deputat Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrıldığını bildirib:

“Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Bəzi muzeylərdə işıq yoxdur. İşıq olmayan muzeydə nə nümayiş etdiriləcək?"

Daha sonra komitə sədri iclasda iştirak edən maliyyə nazirinə xitab edib:

“Mən cənab Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin”.(axar)

Reaksiya.az

Advertisement Banner

Şərhlər