Füzuli Məmmədovun “Reaksiya Media Group”un rəhbərinə müraciəti

23.06.2020 15:56     A-reaksiya     3359

Dünya Azərbaycanlıları İttifaqının prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun adından nümayəndəsi və vəkili Emin Hacıyev  RMG rəhbəri  Zaur  Qəriboğlunun adına müraciət ünvanlayıb. 

 Reaksiya.az müraciətin mətnini  olduğu kimi təqdim edir.

Hörmətli Zaur bəy.

Təsisçisi və aparıcısı olduğunuz “Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında “Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!” başlıqlı müsahibə yer almışdır.

İlk növbədə qeyd etmək istəyirəm ki, jurnalist Əvəz Zeynallı ilə apardığınız müsahibədə Mənim haqqımda qeyd edilmiş fikirlər tamamilə əsassız, qərəzli və böhtan xarakterlidir. Müsahibədə təhqirə və yalan ifadələrə yer verilmiş, məni heç bir əsası olmayan cinayətlərdə ittiham etmisiniz. Bu müsahibədə mənim işgüzar nüfuzuma, şəxsiyyətimə və ləyaqətimə hörmətsizlik göstərilmiş və təhqir edilmişəm.

Belə ki; verilişin 6:40-ci dəqiqəsində “bu cümlə Füzuli xanın xoşuna gəlməyib – mafiyanın, mafiyanın...”

7:2-ci dəqiqədə “Füzulinin yardım göstərdiyi, ev aldığı adamlar mənə zəng edib hədə-qorxu ilə danışırlar...”

8:20-ci dəqiqədə “...Füzuli Məmmədov sənə ev alıb deyə, mənim əslimi-nəslimi söydürməlidir?...”

8:50-ci dəqiqədə: “Əli Əliyevlə o söhbətdən sonra, ardıcıl olaraq Füzuli Məmmədov adamları ilə mənə zəng elətdirib... ”

13:20-ci dəqiqədə “Füzuli Məmmədov sən Siciliya mafiyasındansan, sən mafiyasan, sən çevriliş eləmək istəyirsən, Azərbaycanda hakimiyətə gəlmək istəyirsən, ona görə əsgərlərə ev alırsan, mən bilmirəm sən nə etmək istəyirsən...”

16:55-ci dəqiqədə “Füzuli Məmmədovun milyonları onun başına dəysin...”

18:30-da dəqiqədə “Füzuli Elkaponi, sən burda anaları gözüyaşlı qoyub, sənin 20 manatlıq - 50 manatlıq yardımınız başınıza dəysin, anaların etibarından sui-istifadə etmək dələduzluq deyil?...” 

18:45-ci dəqiqədə “Füzuli Məmmədov səni Moskvada tutub qoduqluğa salanda, sən rusların, rus ayılarının qabağında boynunu büküb duranda, yazıq-yazıq durursan, bizim üsytümüzə şəşələnirsən,... indi bizim başımızı kəsdirməklə hədələyirsən...”

23:50-ci dəqiqədə “o Frenk Elkaponi... Siciliya mafiyasının qaydası ilə işləyir...”

24:28-ci dəqiqədə “gör Frenk Elkaponi nə dərəcədə adamları ətrafina yığıb...”

27:40-cı dəqiqədə “Füzuli Məmmədov səhv etmirəmsə Əli Həsənovla işləyib... indi də Əli Həsənovla işləyir. Füzuli Məmmədovun maliyyə dəstəyi verdiyi media orqanlarına baxın...”

28:04-cü dəqiqədə: “İlham Əliyev Füzuli Məmmədovun qələmini qırıb...”

45:12-ci dəqiqədə “Füzuli Məmmədov ayağını yorğanına görə dəng al...”

45:45-ci dəqiqədə “...bu söyüşlərin hamısını Füzuli Məmmədov qəbul eləsin...”

49:18-ci dəqiqədə “ay Füzuli Elkaponi, siciliya mafiyası... narahat ol da...”

Bu müsahibə zamanı dəfələrlə mənim haqqımda birbaşa və birbaşa olmayan şəkildə  açıq-aşkar təhqir, şəxsiyyəti aşağılayan, hətta təhdid xarakterli fikirlər səsləndirilmişdir. 

Bildirirəm ki, mən Azərbaycanda doğulub boya-başa çatmışam, amma Azərbaycan Respublikasının vətəndaşı deyiləm. Bir neçə nüfuzlu özəl şirkətin sahibi olmaqla yanaşı,  “Rusiya Azərbaycanlıları İttifaqı”nın və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidentiyəm. Azərbaycan Respublikasında heç bir siyasi fəaliyyətlə məşgul deyiləm, heç bir şirkətim, yaxud nümayəndəliyim mövcud deyildir. Lakin mütəmadi olaraq doğma vətənimlə maraqlanıram və təmənnasız olaraq çox saylı, müxtəlf xeyriyyə tədbirlərində iştirak edirəm. Azərbaycanda heç bir media orqanına maliyyə dəstəyi vermirəm. Heç bir mafiya ilə əlaqəm olmamışdır və yoxdur. Heç kimə hədə-qorxu gəlməmişəm. Mənə hörməti olan insanların məni müdafiə etməsinin qarşısını almaq imkanım xaricindədir.

“Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!” başlığı ilə yayımlanmış verilişinizdə müsahibiniz tərəfindən adı çəkilən Seyidov Mirqasım Mir Hüseyn oğlu adlı işçim, dostum və tanışım yoxdur. Araşdırmam nəticəsində müəyyən etmişəm ki, jurnalist Əvəz Zeynallı tərəfindən adı çəkilən Seyidov Mirqasım Mir Hüseyn oğlu adlı şəxs həqiqətən Ordubad rayonunun Dəstə kəndində yaşayır. Heç bir qohumluğumuz və yaxınlığımız yoxdur. Mənimlə heç bir vaxt əlaqəsi olmayıb. Əvəz Zeynallı verilişinizdə etiraf etmişdir ki, həqiqətən həmin şəxs ona zəng etmiş və onun bu hadisədən xəbərinin olmadığını bildirmişdir.

Hörmətli Zaur bəy.

Jurnalist Əvəz Zeynallı tərəfindən mənim haqqımda səslənmiş fikirlər həqiqətdən uzaq, heç bir əsası olmayan, yalan və qərəzli informasiyadan ibarətdir. Bu müsahibədə mənim şəxsiyyətimə və ləyaqətimə hörmət hiss olunmur, əksinə daha çox acıq və mənim şəxsiyyətimə və işgüzar nümuzuma ləkə salan fikirlər yer almış və mən agır cinayətlərdə ittiham olunmuşam. Veriliş zamanı siz bir dəfə də olsa müsahibinizə şəxsiyyəti aşağılayan, ləyaqəti alçaldan, təhqiredici ifadələr işlətməmək haqda xəbərdarlıq etməmisiniz. Siz və müsahibiniz Əvəz Zeynallı bu verilişdən öncə və sonra mənimlə əlaqə saxlamamış, fikrimi öyrənməmiş və cavab vermək hüququmu təmin etməmisiniz.

Sizin və jurnalist Əvəz Zeynalının fikirləri peşə etikasına tamamilə ziddir. Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksində açıq şəkildə qeyd edilib ki, mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur.”

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 1-ci prinsipi - Həqiqətə xidmət, dəqiqlik və obyektivlikdir. Bu prinsipin isə 1-ci maddəsində qeyd edilib ki,    Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən jurnalistə verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq və vətəndaşların şərəf və ləyaqətinə, hüquqlarına və qanuni mənafelərinə hörmət etmək onun başlıca vəzifələrindən biridir.

Həmin qanunun 44-cü maddəsində kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Hesab edirəm ki, sizin aparıcısı olduğunuz verilişdə jurnalist Əvəz Zeynallı tərəfindən işlədilmiş fikirlər mənim şəxsiyyətimə və şərəfimə kölgə salmış, işgüzar və ictimai müfuzumu ləkələmiş və təhqir edilmişəm. Sizin bu hərəkətinizdən çox narazıyam. Jurnalist peşəsinə olan hörmətimi ifadə etməklə yanaşı, belə hərəkətin bir daha olmamasını arzu edirəm. Eyni zamanda Sizin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu formada və qaydada məndən üzr istəməyinizi və təkzib verməyinizi tələb edirəm.

Ümid edirəm ki, mənim xoş niyyətimi düzgün qiymətləndirəcək və məsələnin məhkəmə qaydasında həll olunmasına gətirib çıxarmayacaqsınız.

Reaksiya.az

Advertisement Banner

Şərhlər