Ermənistan Gəncəyə kasetli bomba və raketlə hücum edib - Leyla Abdullayeva

04.10.2020 14:26     A-reaksiya     878

“Bu gün saat 10 radələrindən Ermənistan ərazisindən Gəncə şəhəri atəşə tutulub”

Türkiyənin “Haberglobal” televiziya kanalına açıqlama verən Xarici İşlər Nazilriyinin Mətbuat katibi Leyla Abdullayev deyib ki, Ermənistan Silahlı Qüvvələri Tərtər, Beyləqan və Gəncənin mülki əhalisi və mülki infrastukturunu atəşə tutur: "Cəbhədən 60 km məsafədə olan Azərbaycanın Gəncə şəhəri Ermənistan tərəfindən raket atəşinə tutulub.

L. Abdullayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələri kasetli bombalardan da istifadə edir.

Həmçinin bildirilib ki, son erməni təxribatı nəticəsində indiyədək 22 nəfər mülki şəxs həlak olub, 74 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər