Suqovuşanın hərbi-strateji əhəmiyyəti: Bu yollara nəzarət ələ keçdi

06.10.2020 09:50     A-reaksiya     1003

Oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşanı (keçmiş Madagiz) Ermənistan hərbçilərinin işğalından azad etdi. Suqovuşan çox böyük hərbi-strateji əhəmiyyəti daşıyan ərazidir.

Reaksiya.az xəbər verir ki, “Yeni Müsavat”a Suqovuşanın azad edilməsinin strateji baxımdan Azərbaycan Ordusu üçün önəmini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verir:

Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən Ağdərənin və digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün ordumuza böyük üstünlük yaradır.

Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahı Suqovuşanda yerləşirdi. Suqovuşan yaşayış məntəqəsinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazi həmin alayın məhv edilməsindın sonra mümkün oldu.

Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Buna əlavə olaraq, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə xətti olan Ağdərə-Ağdam xətti mühasirəyə düşmə təhlükəsi altına düşür.

Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır".

Polkovnik qeyd edib ki, bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıyır”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirdi ki, Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti var. Bununla yanaşı, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər də yaradıb:

"Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə demək olar ki, Azərbaycan Dağlıq Qarabağın açarını əldə edib. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi. Artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində həmin ərazi düşməndən tam təmizlənib. Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib.

Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yaranıb. Eyni zamanda Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, Suqovuşanın azad edilməsi Tərtər rayonuna buradan zərbələr endirilməsinə son qoymuş oldu".

Ümumiyyətlə, strateji baxımdan Qarabağın açarı Ağdərədədir. Çünki Murovdağ silsiləsinin cənub yamacıyla Sərsəng gölünə çatmaq gərəkdir. Suqovuşandan sonra "Aterk” adlandırılmış Həsənriz, Kərəmli kəndləri gəlir və Ağdərə arxada qalır. Bundan sonra Murov-Kəlbəcər-Tərtər yolu da tamamilə kəsilir. Yəni ermənilər artıq Murovdakı digər strateji yüksəkliklərdə yerləşən qoşunlarını təmin edə bilmirlər. Sərsəngin sol tərəfindən strateji əhəmiyyətli Heyvalı("Drmbon”), Mehmanə, Çildıran kəndləri gəlir. O tərəfdən Narınclar, Vəng, Dovşanlı("Araçadzor”) kəndləri...  Həmin ərazilər və Ağdərə şəhəri azad ediləndə Ağdərə- Papravənd-Ağdam yolu da nəzarətə götürülür və Ağdam şəhərinin azadlığına yol açılır.

Reaksiya.az

Şərhlər