Qarabağa sülhməramlılar gələn kimi orada yaşamış bütün ermənilər geri dönəcək - Qüdrət Həsənquliyev

08.10.2020 12:20     A-reaksiya     637

Azərbaycan ordusunun işğalçı orduya vurduğu zərbələr Paşinyanın ağıllanması, erməni xalqının Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün görünür, hələlik yetərli deyil.

Reaksiya.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Paşinyanın xarici mətbuata verdiyi son açıqlamalar da göstərir ki, Ermənistan indiki mərhələdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verməyəcək. Ən yaxşı halda onlar problemin Madrid prinsipləri əsasında həllinə razılaşa bilərlər. Yəni Dağlıq Qarabağın yekun statusu referendumla həll olunur. Hazırkı mərhələdə Minsk qurupu da buna çalışır. Amma həmin sənəddə yekun statusun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa olmayacaqsa Azərbaycan heç vaxt həmin sənədi  imzalamaz. Əks halda nə tarix, nə də gələcək nəsillər bizi bağışlamaz. Zərdüşt Əlizadənin hansı niyyətlə deməsindən asılı olmayaraq o fikri ilə qəti razılaşmaq olmaz ki, Qarabağda 40 min erməni qalıb, orda yaşamış azərbaycanlıların isə sayı isə 70 minə çatıb, ona görə də referendumun keçirilməsindən narahat olmağa dəyməz. Qarabağa sülhməramlılar gələn kimi orada yaşamış bütün ermənilər geri dönəcək. Həmişə söyləmişəm ki, düşməni olduğundan artıq qiymətləndirmək lazımdır ki, onu daha asan məğlub edə biləsən. Əgər Ermənistandan Qarabağ üçün vuruşub ölməyə gəlirlərsə, beynəlxalq təhlükəsizlik təminatı altında Qarabağda yaşamağa vaxtilə orda yaşamayan ermənilər də  gələcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar