Bakı uğurlu əməliyyat keçirən kimi dərhal... - Başbuğ

11.10.2020 10:19     A-reaksiya     5332

Dünənə kimi münaqişənin həllinə səssiz qalan imperialist ölkələr Azərbaycanın gedişatı dəyişdirdiyini görüb atəşkəs, sülh çağırışları etməyə başladılar.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ İrəvan və Bakı arasındakı humanitar atəşkəslə bağlı danışarkən deyib.

“Bu vəziyyət insanlıq adına bu sualları verməyə məcbur edir. Azərbaycan meydanda uğurlu əməliyyatlar keçirənə kimi harda idiniz? Ermənistan bu coğrafiyanı qana bulayarkən, minlərlə azərbaycanlının canına qəsd edərkən nə edirdiniz? Görünür ki, həqiqətən ortada sorğulanması lazım olan ciddi bir səmimiyyətsizlik var. Bu səbəbdən hər zaman məsələyə narahatlıqla yanaşırıq”, - ekspert bildirib.

Reaksiya.az

Şərhlər