Ermənistan etiraf etməlidir ki, bütün problemlər bu səbəbdən qaynaqlanır - Politoloq

29.12.2020 14:48     A-reaksiya     252

“44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Bunu prezident Armen Sarkisyan da etiraf edir. Düşünürəm ki, Ermənistanın gələcəyi yoxdur. Bu cür hərəkətlərlə, apardıqları siyasətlə bu ölkənin heç bir gələcəyi ola bilməz”.

Bu sözləri Publika.az-a danışan politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, 30 il ərzində bu ölkə heç nə etməyib və hansısa mənfəət qazanmayıb: “Onlar hansısa meqalayihələr həyata keçiribmi, insanların güzəranı yaxşılaşıbmı? 30 il ərzində qəpik-qəpik ondan-bundan nələrsə umaraq, xahiş edib yalvararaq pul əldə ediblər. Bu pulu da orduya xərcləyib istehkamlar qurublar. O pulların hamısı hədər getdi. Bir hissəsini öz aralarında dağıtdılar. Digər hissəsini isə bizim ordumuz məhv etdi. Bu 30 il ərzində Ermənistan heç nəyə nail olmayıb, xarici siyasətində tam fiaskoya uğrayıb. Bu, propaqanda deyil, real faktlardır. Bir halda ki, indi erməni müxalifəti xahiş edir ki, Rusiya ilə birlikdə dövlət quraq. Türkiyə və İranla sərhədini rus hərbçiləri qoruyur, Azərbaycanla da sərhəddə ruslar dayanır. Bu o deməkdir ki, bu ölkə özünümüdafiəyə qadir deyil. Ermənistan saxta dövlətdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar