Gürcüstana çıxışı da Bakının nəzarətinə keçəcək

30.08.2021 16:29     A-reaksiya     332

Qafan-Gorus yolunun iki gün bağlı qalması nəticəsində iflic olan Ermənistanda qorxular davam edir.

Ermənilərin qorxusu gələcəkdə Azərbaycanın suveren ərazisindən keçən Qafan-Gorus yolunu yenidən bağlaya bilməsi, o cümlədən, Ermənistanın Gürcüstana çıxışının da təhlükə altında olmasıdır.

Ermənistanın Milli Arxiv İdarəsinin keçmiş direktoru Amatuni Virabyan deyir ki, gələcəkdə Tavuşda və Kərkidə də analoji problem yarana bilər.

“Tavuşda anklavlar (Qazaxın 7 kəndi) və Kərki qaytarılandan sonra Ermənistanın nəqliyyat xətlərinin yenidən bloka saxlınması riski böyüyəcək”, - o deyib.

Qeyd edək ki, Ermənistanın xaricə iki istiqamətdə çıxışı var: Gürcüstan və İrana.

Qafan-Gorus yolunun Azərbaycanın suveren ərazisindən keçən 21 kilometrliyinin bağlanması Ermənistanın İrana çıxışını bağladı. Hazırda yol Azərbaycanın istəklərinin yerinə yetirilməsi qarşılığında açılıb, lakin Bakı istənilən vaxt bağlaya bilər. Ermənistanın bu yola alternativ çəkdiyi yolun vəziyyəti də gələcəkdə yenə Azərbaycana möhtac olacağını göstərir.

Gürcüstana çıxış isə Qazaxın işğal altında olan 7 kəndindən keçir. Sərhədlərin delimitasiyası ilə bu kəndlərin qaytarılacağı gündəmdədir və bu, reallaşandan sonra Ermənistanın Gürcüstan çıxışı da Azərbaycanın nəzarətinə keçə bilər.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar