Putindən Paşinyana ŞOK XƏBƏRDARLIQ: İrəvanı açıq şəkildə təhdid etdi - Dekabrın 15-nə qədər...

22.11.2021 13:56     A-reaksiya     355

“Putinlə Paşinyan arasında telefon danışığı olub. Üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi söhbətdə Moskva maraqlı tərəfdir. Telefon söhbətinin Rusiyanın təşəbbüsü ilə baş tutduğu istisna deyil”.  

Bu barədə siyasi şərhçi Asif Nərimanlı fikir bildirib. O, Moskvanın bu zəngdə üç məqsədinin olduğunu deyib:

 

– Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılaşmadığı halda, niyə Avropa İttifaqının təklifini qəbul edib?

– Aİ-nin təklifini qəbul edən Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalara sadiqliyi yoxlanılır;

– Brüssel görüşündən öncə Rusiyanın üçtərəfli görüş təklifini reallaşdırmaq:

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” • JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı əlavə edib ki, Moskva Avropa masasında vasitəçiliyinə qarşı mümkün risklərin qarşısını almaq istəyir: “Rusiya 15 dekabra – Brüssel görüşünə qədər üçtərəfli görüşün keçirilməsinə çalışacaq. Lakin buna nail olmasa belə, Putin bu zəngdə Paşinyana rusların nəzarətindən kənar çıxmağın bağışlanmaz olduğunu izah edib.

Reaksiya.az

Şərhlər