Böyük sülhə aparan sənəd təhlükədə - Ermənistan indi də Qərbə güvənərək qaşınır...

24.11.2021 13:40     A-reaksiya     23

“Bakı-Moskva-İrəvan + Ankara” formatı müştərək hədəfdə; Makronun dostu Mişel “sorosçu” Paşinyanın əli ilə Minsk Qrupunu diriltmək istəyir? Politoloq: “Cavabımız adekvat olacaq...”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək Əliyev-Paşinayn görüşündən gözləntilərlə bağlı intriqa davam edir. Əksər təhlilçilər qarşıdakı görüşdə hər hansı sənədin imzalanmasını real saymamaqla yanaşı, belə bir təmas barədə razılığı ilk növbədə Rusiya-Qərb qarşıdurması kontekstində, iki güc mərkəzinin Güney Qafqaza təsir uğrunda mübarizəsinin mühüm tərkib hissəsi kimi qiymətləndirirlər.

Məsələn, rusiyalı tanınmış politoloq Stanislav Tarasov hesab edir ki, sərhəddəki son “bir günlük müharibə” 10 noyabr 2020-ci il tarixli üçtərəfli anlaşmaya zərbədir və onu tamamilə boşa çıxara bilər.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, News.am-a açıqlamasında bildirib.

“Moskva formatı” (Moskva-İrəvan-Bakı) ilə ATƏT-in Minsk Qrupu formatının gündəliyi bir-birindən fərqlənir. Çünki Minsk Qrupu Qarabağın statusu ilə bağlı bəndi nəzərdən keçirməkdən rəsmən imtina etməyib. Yəni faktiki fərqli gündəliyə malik iki danışıqlar platforması var. Belə bir şəraitdə tərəflərdən biri “Moskva formatı”nı sarsıtmaq üçün öz xeyrinə oynaya bilərdi. Üstəlik, bu hadisələrdən (“bir günlük müharibə”dən - red.) əvvəl Əliyevlə Paşinyan arasında Moskvada mümkün görüş barədə danışıqlar aparılmışdı və orada sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı saziş imzalanmalı idi" - deyə o qeyd edib.

*****

Aydındır ki, Tarasov birmənalı şəkildə Ermənistanı nəzərdə tutur. Çünki “status” məsələsinin gündəmdə qalmasına israrla çalışan, Moskva görüşünü boykot edən İrəvandır. Görünür, bu yolla o, həm Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Qərbin dəstəyi ilə şərt formalaşdırmaq istəyir, lakin Bakının mövqeyini yaxşı bildiyi üçün ən azından, yetərli vaxt qazanmaq, xarici oyunçular hesabına nə zamansa hərbi-siyasi cəhətcə toparlanıb güclü mövqe ilə danışıq masasına oturmaq hədəfi güdür.

Ancaq Azərbaycan ona bu şansı təbii ki, verməyəcək. Üstəlik, Bakı-Moskva-İrəvan formatının iflas olmasında (əslində Bakı-Moskva-İrəvan + Ankara formatından söhbət getməlidir) Rusiya da maraqlı olmadığı üçün Paşinyan olduqca qəliz və uğursuz mövqedədir. Hər necə olmasa, Qərb, Fransa uzaqda, Rusiya, Türkiyə isə yaxında, regiondadır...

*****

Qüdrət Həsənquliyev:

Qüdrət Həsənquliyev 

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisinin dünənki iclasında deyib və Bakını Fransanı həmsədrlikdən kənarlaşdırmağa çağırıb. Milli Məclisdə bu xüsusda edilən çıxışlarda habelə bütövlükdə MQ-dən imtina eləməyin zamanı çatdığı və bunun üçün bəlkə də ən gözəl fürsətin elə indi olduğu vurğulanıb...

P.S. Yazı noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyi barədə xəbərdən öncə hazırlanıb.

Reaksiya.az

Şərhlər