Sirlər açılır: Moskva türk dronlarına qarşı sistemlər qurur

13.12.2021 13:00     A-reaksiya     183

Rusiya lideri Krım və Kerç boğazına yeni raket sistemləri göndərməyə hazırlaşarkən “İzvestiya” qəzeti "Bayraktar TB2" dronlarının adını çəkməsə də, “digər hava hədəfləri” ifadəsinə yer verib. “Financial Times” isə Almaniyanın keçmiş lideri Merkelin Ukraynaya NATO silahlarının göndərilməsinin qarşısını aldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, rus ordusu 2014-cü ildə işğal etdiyi Krım və Kerç boğazına S-300 PM2 hava müdafiə sistemi yerləşdirir. Super S-300 kompleksinin qısa müddətə Ukrayna sərhədlərinə göndəriləcəyini bildirilir.

S-300 PS-in yerinə gətiriləcək yeni hava müdafiə sistemi S-400 və C-350 Vityazın olması. S-300 PM2, 250 km menzile sahibdir.

“İzvestiya” nəşri Qara dəniz və Ukrayna sərhədində misli görünməmiş bir hadisənin baş verdiyini açıqlayıb və yazıb ki, NATO ölkələrinin casus təyyarələri və hərbi gəmiləri bölgəyə axışıb. ABŞ-ın nüvə silahı daşıya bilən bombardmançı B-1B-nin Krım yaxınlığında uçduğunu qeyd edən “İzvestiya” Rusiya hakimiyyətinin indiki mənzərənin tezliklə dəyişəcəyinə inanmadığını bildirir.

Rusiyanın S-300 PM2 həmləsi Ukraynanın Türkiyədən aldığı Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatları ilə Donbasda ilk hücumunu həyata keçirdikdən həftələr sonraya təsadüf edir.

“İzvestiya” xəbərlərində "Bayraktar TB2" dronundan birbaşa bəhs etməsə də, “digər hava hədəfləri” ifadəsinə yer verib. "Bayraktar TB2"lər xüsusilə Qarabağda Ermənistanın S-300-lərini darmadağın etmişdi.

Rusiya Müdafiə Nazirliyi son bir həftədə sərhəd xəttində səkkiz pilotsuz uçuş aparatının aşkar edildiyi barədə məlumat paylaşıb. Moskvanın dəstəklədiyi rusiyapərəst separatçılar Ukrayna ordusunun yeni dron hücumları həyata keçirdiyini iddia edirlər.

Britaniyanın “Financial Times” qəzeti isə Ukrayna tərəfinin Almaniyanın keçmiş kansleri Angela Merkeli NATO silahlarının göndərilməsinin qarşısını almaqda ittiham etdiyini bildirib. Sözügedən açıqlamanı Ukraynanın müdafiə naziri Aleksey Reznikov verib. Xəbərə görə, Merkelin veto qoymasından sonra Ukrayna ABŞ, İngiltərə, Litva və Fransa kimi ölkələrdən ikitərəfli əlaqələrindən istifadə edərək snayperləri aşkar edə biləcək sistemlər əldə edə bilib.

Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanada da daxil olmaqla G7 ölkələri həftə sonu xəbərdarlıq ediblər ki, Rusiya Ukraynaya hücum edərsə, ağır nəticələrlə üzləşəcək.

“Vashinqton Post”un xəbərinə görə, Rusiya prezidenti Vladimir Putinin 20 ilə yaxın hakimiyyətinin diqqət mərkəzində Rusiyanı güclü dövlət kimi yenidən qurmaq, həmçinin Yaxın Şərq, Afrika və ən əsası Sovet İttifaqı ölkələrində təsir dairəsini gücləndirməkdir.

Reaksiya.az

Şərhlər