Elxan Şahinoğlu:"Paşinyan cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır"

29.06.2022 15:24     A-reaksiya     463

Ermənistanın bir qrup eksperti hesab edir ki, baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa Azərbaycan müharibəyə başlayacaq. Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir. Ancaq Laçının və ətraf kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil. O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçının ətraf kəndləri ilə bəbarər boşaldılacağı erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.
 
Reaksiya.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
 
Politoloqun sözlərinə görə Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü bundadır.

Reaksiya.az

Şərhlər