Xankəndində separatçıların mühasirəsi daralır - Politoloq

12.08.2022 13:05     A-reaksiya     472

İndiyə qədər ermənilərin müxtəlif istiqamətlərdə təxribatlarının şahidi olurduq. Axrıncı təxribatdan sonra Azərbaycan Ordusu “Qisas” antiterror əməliyyatı keçirdi.
 
Qeyri-qanuni erməni silahlı birləşmələrinin postları, hərbi texnikaları və canlı qüvvəsi məhv edildi. Artıq Xankəndi ətrafındakı bütün strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədir.
 
Bəs, bütün bunlar artlq Xankəndinə nəzarət etdiyimiz anlamına gəlirmi?
 
Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bakupost.az -a açıqlama verib.
 
 
 
 
Politoloq bildirib ki, İkinci Qarabağ müharibəsindəki qələbə, eləcə də bu günlərdə həyata keçirilən “Qisas” antiterror əməliyyatı separatçıların olduğu əraziləri daraldıb: "Yəni, azad etdiyimiz ərazilərin sayı artır, onlar isə daha çox mühasirə altına düşür. Separatçıların olduğu ərazilər artıq kiçildilir. Hər tərəfdə, xüsusilə strateji yüksəkliklərdə hərbçilərimiz var. Üstəgəl bu ayın sonun qədər Laçın rayonu, kəndləri və dəhliz Azərbaycan Ordusunun nəzarətinə keçəcək”.
 
E.Şahinoğlu qeyd edib ki, Xankəndi artıq ordumzun nəzarti altındadır:
 
“Gələcəkdə separatçılar tərksilah olunmasa, Azərbaycan növbəti anti-terror əməliyyatları həyata keçirəcək. “Qisas” əməliyyatının faydası onda idi ki, birincisi, ordumuz strateji yüksəklikləri azad etdi. İkincisi, Laçın dəhlizinin azad olunması sürətləndi. Ermənilər bunu ləngitmək istəyirdilər, amma anladılar ki, edə bilməyəcəklər. Eyni zamanda ermənilərə mesaj verildi ki, rus hərbçilərinin arxasında gizlənə bilməyəcəklər. Ona görə də separatçıların Xankəndi və ətrafındakı mühasirəsi daralır. Onlar tərksilah olmasalar, öz vəziyyətlərini gərginləşdirəcəklər”.
 
Reaksiya.az

Şərhlər