Türkiyənin məşhur müğənnisi Bakıya gəlir

30.11.2015 14:58     Artreaksiya     2420

Müğənni Çelik Bakının qonağı olacaq.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi dekabrın 31-də tanınmış restoranların birində səhnəyə çıxacaq.

O, səhnəni əməkdar artist Ədalət Şükürov, Ruhəngiz Allahverdiyeva, Rahidə Baxış, gənc ifaçı İlqarə Kazımova, “Kristal” qrupu və digər yerli ulduzlarla bölüşəcək.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Eminoğludur.

Şərhlər