Prezidentin nəvələrinin ad günü oldu

02.12.2015 10:31     Artreaksiya     2369

Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayılın ad günü olub.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni Emin Ağalarovun əkizlərinin 7 yaşı tamam olub. Bu barədə valideynlər sosial şəbəkədə paylaşım da ediblər.

Valideynlər Əli və Mikayılla birgə fotonu paylaşaraq, ona “Ad gününüz mübarək, Əli və Mikayıl” şərhini veriblər.

Qeyd edək ki, cütlük bu ilin mayında 9 illik rəsmi münasibətlərinə son qoyaraq boşanmaq qərarına gəliblər. Onlar dost qaldıqları, həmişə övladlarının yanında birlikdə olacaqları ilə bağlı açıqlama veriblər.

Prezidentin nəvələrinin ad günüdür -  Foto

 

Şərhlər