Tarkanın mahnıları bu ölkədə qadağan olunur

02.12.2015 11:36     Artreaksiya     2533

Rusiya-Türkiyə arasında baş verən siyasi gərginlik şou aləmində də öz təsirini göstərməyə başlayıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskva şəhər məclisi üzvü Yevgeniy Gerasimov Türkiyəyə qarşı sanksiyaların mədəniyyət sahəsində də əks olunmasını istəyib:

“Televiziyalarda cəfəngiyyat türk serialları yayımlanır. Məncə ilk olaraq “Möhtəşəm yüz il” serialından başlamaq lazımdır. Həmçinin, Rusiyada daha çox səsləndirilən müğənni Tarkanın mahnıları dağan olunmalıdır. Onu da qeyd edim ki, Rusiyada “Türkoğlu xoru” fəaliyyət göstərir. Bu xorun rəhbərinin soyadı Türkoğludur. O da vəzifəsindən uzaqlaşdırılmalıdır”.

Qeyd edək ki, türk serialları daha əvvəl Səudiyyə Ərəbistan, Suriya, Tacikistan, Makedoniya və Misirdə qadağan olunmuşdu.

Şərhlər

Çox oxunanlar