Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

03.12.2015 01:34     Artreaksiya     2059

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Rəşid Behbudovun həyat və yaradıcılıq yolu haqqında söhbət açıb, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub.

Tədbirdə xalq artisti Ramiz Quliyev, Kamil Vəzirov, xalq artisti Gülyanaq Məmmədova xatirələrini bölüşüblər.  

Opera və Balet Teatrının solisti Tural Ağasıyev, Nərminə Nağıyeva, xalq artisti Gülyanaq Məmmədova, Kamil Vəzirov, Pircan Həsənov, Pərviz Cavadov Rəşid Behbudovun repertuarında olan mahnılardan ibarət konsert proqramı təqdim ediblər.

Şərhlər