Bakıda Meksika Kinosu Günləri keçiriləcək

05.12.2015 00:59     Artreaksiya     2058

Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçiriləcək Meksika Kinosu Günlərinin açılışı olacaq.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan tədbir dekabrın 11-dək davam edəcək.

Kino Günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər”, “Mirvari” bədii filmləri tamaşaçılara təqdim olunacaq.

Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub.  Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Şərhlər

Çox oxunanlar