“Türkiyə filmləri həftəsi” keçiriləcək

07.12.2015 13:14     Artreaksiya     2299

Azərbaycan paytaxtında “Türkiyə filmləri həftəsi” keçiriləcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək layihə dekabrın 7-dən 12-dək davam edəcək. 

Layihə çərçivəsində 9 tammetrajlı bədii film və bir sənədli film nümayiş olunacaq, yaradıcı heyət kinosevərlərin qarşısında çıxış edəcək. 

“Türkiyə filmləri həftəsi”ndə “Uzun hekayə”, “Bir zamanlar Anadoluda”, “The İmam”, “Lal gecə” və başqa ekran əsərləri təqdim olunacaq.  

Şərhlər