Hollivudun məşhur cütlüyü boşandı

09.12.2015 14:54     Artreaksiya     2475

Antonio Banderas və Melani Qriffit boşanmalarını rəsmiləşdirib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün İspan aktyoru Antonio Banderas və ABŞ kino ulduzu Melani Qriffit boşanmaları haqqında məlumat yayıblar. Aktyor boşandığı üçün hər ay 18 yaşlı qızına 55 min dollar təzminat ödəyəcək. 

Cütlük 1996-cı ildə ailə qurublar. 58 yaşlı Qriffit hələ ötən ildən nikahını pozmaq qərarına gəlib. Lakin onlar maliyyə məsələlərində razılığa gələ bilmirdilər. Aktrisa 55 yaşlı Banderasın öz şəxsi çəkilişləri zamanı aldığı gəlirlərin yarısına da iddia edirdi.

Ər-arvad arasında münasibətlər hələ 2013-cü ildən gərginləşməyə başlayıb. Hollivud ulduzları heç cür yola getmirdi, buna səbəb isə Qriffitin qısqanc olması göstərilir. İndiyədək Qriffit 4, Banderas isə 2 dəfə evli olub. Məşhurların 18 yaşlı bir qızı var.

Antonio Banderas və Qriffit "Həddindən artıq çox" (Two Much, 1995) komediya filmlərinin çəkilişləri zamanı tanış olublar.

Şərhlər