Macarıstanda Qarabağla bağlı film nümayiş olundu

10.12.2015 17:33     Artreaksiya     2197

8 dekabr 2015 - ci il tarixində, Avropada bir ilk olaraq, Urania Beynəlxalq Kinoteatrınında (Budapeştenin ən köhnə və ən qabaqda gələn film səhnəsidir)Qarabağ problemiylə əlaqədar sənədli filmin təqdimatı reallaşdı.

Sənədli film, Macarıstan-Azərbaycan ortaq məhsuludur. Əsas xüsusiyyəti isə yalnız hərbi problemləri / qarşıdurmaları deyil, Qarabağ faciəsinin tarixi təsirlərini də əhatə etməsidir.

Filmin nümayişi, çoxlu sayda önəmli şəxslərin dəvət edilməsiylə, Macarıstan Turan Fondu tərəfindən reallaşdırıldı.

Macarıstanın 8 millət vəkili, 5 Bələdiyyə başçısı, çoxlu sayda diplomat ilə yanaşı Azərbaycanın Budapeştdəki səfiri, Türkiyənin Budapeştdəki səfiri, TIKA-nın Budapeşt müdiri və saysız nümayəndəsi, Macarıstan sənətçiləri, elm adamları, məktəb müdirləri, dünyaca məşhur idmançılar, tanınmış insanlar və Macarıstan xalqı da bu fəaliyyətdə iştirak etdiler.

İlk olaraq Macarıstan Parlament Sədrinin müşaviri Andras Kelemen qonaqlara qarşılama çıxışını etdi. O çıxışında bu ifadə ilə bu önə çıxdı: Qarabağ faciəsi Avropada çox az bilinən bir mövzu idi, "donmuş bir problem / qarşıdurma" olaraq bilinirdi.

Bu izahın altında, bu gün hələ də təsirini itirməyən, insanlıq faciəsi və ağrılar yatır.

Macarlar ötən əsrlərdə bənzərlərini yaşadıqları üçün bu duyğuları paylaşır.

Tarixdə Macarıstan və Türk xalqlarının bir çox əlaqəsi olmuşdur. Macarlar, erkən dövrlərində Qafqaz regionunda görülmüş və bir hissəsi orda da qalmışdır, buna görə iki xalq arasında qohumluq əlaqələri də mövcuddur. Sənədli film, faciəyə yol açan addımları bir çox baxımdan göstərdiyi üçün nümunəvi bir filmdir.

Azərbaycan Budapeşt səfiri, Vilayət Quliyev, Qarabağ problemilə bağlı çıxışında, dünyanın biganə qaldığı və az bildiyi bir mövzuda belə bir sənədli film hazırladıqları üçün filmin prodüserlərinə ayrıca təşəkkür etdi. Yaxın Şərqdən Avropaya gələn on minlərlə qaçqının necə böyük problemlər yaratdığını nümunə göstərərək, Azərbaycanın, Beynəlxalq ictimaiyyətin əvvəlcədən səssiz qaldığı 10 minlərlə daxili qaçqının (Məcburi köçkünün) problemlərini özünün hansı çətinliklərlə həll etməsini izah etdi.

Umud Mirzəyev, BAMF-in nümayəndəsi, səmimi çıxışında, - özünün də işğal altındakı torpaqlardan gəldiyini qeyd edərək- öz içindən çətinliklə atdığı o dövrün ağrıları, filmin istehsal prosesində təkrar yaşadığını söylədi. Bu gün də minlərlə insan çətin şərtlərdə yaşamaqda davam edir. Dünyaya təqdim edilən bu film sayəsində onlarında ağrıları bir az da olsa sakitləşəcəkdir, dedi.

Rejissor Erik Bognar, çıxışında film çəkilişlərinin özü üçün qeyri-adi bir təcrübə olduğunu, çəkiliş əsnasında Azərbaycan xalqını tanıyib sevmək fürsəti əldə etdiyini və faciələrini daxilən hiss etdiyini söylədi.

Macarıstan Turan Fond  Başçısı və eyni zamanda filmin istehsal mütəxəssisi olan Andras Zsolt Biro isə çıxışında bunların vurğuladı; Azərbaycan və Macarıstan xalqları qardaşdır. Macarlar azadlıq vurğunu bir millət olaraq hər zaman ədalətin yanında olurlar. Əgər qardaşlarımız bir faciə yaşasa onların yanında dayanmalıyıq və bu ağrılarını bütün dünyaya çatdırmalıyıq. Biz Macarlar olaraq, Avropada ilk dəfə Azərbaycan millətinin faciəsini bütün həqiqətiylə dünyaya duyurulmasını üzərimizə götürdüyümüz üçün, qürur duyuruq.

50 dəqiqəlik filmin nümayişinin sonunda yüzlərlə tamaşaçının olduğu salonda bir neçə saniyə səssizlik oldu və onun ardından çox güclü bir şəkildə alqışlayaraq bəyəndiklərini bildirdilər. Nümayiş sonrası kokteylə xeyli insan filmdən nə qədər dərin təsirləndiklərini və nə qədər bəyəndiklərini dilə gətirdi.

Şərhlər

Çox oxunanlar