Bakıda Misir yazıçısının yaradıcılıq gecəsi keçirildi - FOTOLAR

12.12.2015 21:47     Artreaksiya     2147

 Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” Nəcib Məhfuzun yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözləri ilə açan Mərkəzin müdiri Dr. Ahmed Sami Elaydi qonaqları salamlayaraq Nəcib Məhfuzun yaradıcılığı haqqında qısa məlumat verdi. Azərbaycan Prezidenti  İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə nəşri” haqqında sərəncamına əsasən Nəcib Məhfuzun bir sıra  əsərlərinin tərcüməsindən söhbət açdı.

Sonra yazıçının yaradıcılığından bəhs edən video çarx nümayiş olundu.

Daha sonra Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Suzan Cəmil Nəcib Mahfuzun yaradıcılığından danışdı və yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirdi. O cümlədən tədbirdə BDU İlahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev də Nəcib Mahfuz yaradıcılığından danışaraq, ərəb dünyasının vacib şəxsiyyəti olan yazıçının yaradıcılığı və əsərləri haqqında danışdı.

Tədbirdə yazıçının əsərlərini Azərbaycan dilinə tərcümə etmiş şəxslər dünya şöhrətli yazıçının əsərləri haqqında geniş məlumat verdilər. 

 

Şərhlər