Bakı Metropoliteni Rəşid Behbudovun yubileyi ilə bağlı tədbirlərə başladı - FOTOLAR

14.12.2015 13:03     Artreaksiya     2311

Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti tədbirlərə başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Trend-ə qurumun Mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dahi sənətkarın yubileyi ilə əlaqədar merto stansiyalarında Rəşid Behbudovun şəkilləri və reklam afişaları yerləşdirilib: "Şəkillər və afişalar əsasən sərnişinlərin sıx olduğu stansiyalarda yerləşdirilib. Artıq mertonun "Sahil", "İçərişəhər", "28 may", "Elmlər Akademiyası və "Neftçilər" stansiyalarında şəkillər və afişalar yerləşdirilib".

Şərhlər

Çox oxunanlar