Emin Ağalarov telekanal açır

15.12.2015 15:38     Artreaksiya     2292

“Crocus Group”un vitse-prezidenti, müğənni Emin Ağalarov “Rusiya media qrupu” şirkətinin ortağı, sabiq baş direktoru Sergey Kojevnikovla birlikdə telekanal açır.

Reaksiya.az xəbər verir ki, “Tvoy dom” (Sənin evin) adlı telekanalın efiri əsasən təmir və tikintiyə həsr olunacaq.

Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.

S. Kojevnikovun sözlərinə görə, “Tvoy dom” böyük ehtimalla “Crocus Group”a daxil olacaq. Telekanaldan “Crocus Group”a daxil olan eyniadlı gipermarketlər şəbəkəsinin tanıdılması üçün də istifadə olunacaq. 

 

Şərhlər