Misir mətbuatı Azərbaycan yazıçısı haqqında yazı dərc edib

28.12.2015 12:19     Artreaksiya     2531

Qahirədə nəşr olunan nüfuzlu “Ruzəl Yusif” qəzetində (15 dekabr 2015) Azərbaycan yazıçısı Vaqif Sultanlının “İnsan dənizi” romanı haqqında geniş məqalə dərc edilib. Reaksiya.az xəbərt verir ki, “Azərbaycan ədəbiyyatından: “İnsan dənizi” adlanan məqalənin müəllifi Misirin tanınmış yazıçı və jurnalisti, həmçinin Azərbaycan və Orta Asiya haqqında bir çox araşdırmaların müəllifi Əhməd Əbdu Tarabidir.

Məqalədə bu ilin əvvəllərində Misirin Milli Tərcümə Mərkəzinin azərbaycanşünas alim  Dr.Əhməd Sami El Aydinin tərcüməsində nəşr etdiyi yazıçı Vaqif Sultanlının bəhs olunan romanı əhatəli şəkildə təhlil olunub, əsərin mövzu, ideya-problem və bədii sənətkarlıq xüsusiyyətləri səciyyələndirilib. Tədqiqatçı romanda müəllifin özgələşmə, tənhalıq, ölüm və s. kimi məsələlərin psixoloji müstəvidə məharətlə canlandırılmasına diqqəti çəkib.

Məqalədə, eyni zamanda, Vaqif Sultanlının bioqrafiyası və yaradıcılığı, həmçinin tərcüməçi haqqında məlumat verilib.

Şərhlər