Röya Türkiyənin məşhur verilişinə qonaq oldu - VİDEO

02.01.2016 11:19     Artreaksiya     2278

Əməkdar artist Röya Türkiyənin tanınmış və qalmaqallı dəb yarışması olan "İşte benim stilim"də qonaq olub.
 
"Reaksiya" Musavat.com-a istinadən xəbər verir ki, proqramın yeni mövsümünün ilk buraxılışında "Kesin bilgi" mahnısını ifa edən müğənni alqışlarla qarşılanıb. "Azərbaycan, Türkiyə başda olmaqla bütün dünyanın 2016-cı ilini təbrik edirəm. Sülh ili olmasını arzulayıram. İli sizinlə başlamaq mənə xoş oldu. Hər kəsə uğurlar arzulayıram. Biz sizi çox sevirik, siz də məni sevin"-, deyə Röya bildirib.
 
Daha sonra müğənni "Göndər" mahnısını səsləndirib. Qeyd edək ki, yarışmanın münsif kürsüsündə İvana Sert,  Hakan Akkaya, Neslihan Yargıcı və Uğurkan Erez əyləşib.

Şərhlər