Məşhur aktrisanın meyiti tapıldı - FOTOLAR

06.01.2016 18:29     Artreaksiya     2035

İngiltərənin paytaxtı Londonda 20 gün əvvəl 4 və 8 yaşlı oğlanları ilə yoxa çıxan məşhur aktrisa Sian Blakenin Eritihdəki evinin həyətindən üç cəsədin tapıldığı bildirilib.
 
"Reaksiya"nın musavat.com-a istinadən məlumatına görə, daha əvvəl evdə axtarış apararkən cəsədləri tapa bilməyən polislər barəsində isə istintaq işi başladılıb.
 
Rəsmilərdən verilən məlumata əsasən, cəsədlərin aktrisa və uşaqlarına aid olduğu təxmin edilir. Cəsədlərin aid olduğu şəxslər dəqiqləşdiriləndən sonra mətbuat konfransının keçiriləcəyi bildirilib.
 
43 yaşlı Sian Blake İngiltərənin çox məşhur simalarından biridir. O, uzun müddət idi ki, nevroloji xəstəlikdən əziyyət çəkirdi.
 


 

Şərhlər