Adele Ahmet Kayanın mahnısını oğurlayıb... - Rəsmi açıqlama

08.01.2016 14:05     Artreaksiya     2030

İngiltərənin məşhur müğənnisi Adelenin “Million years ago” mahnısının oğurluq olduğu müəyyənləşib.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, plaqiat mahnıların araşıdırlması ilə məşğul olan MSG şirkəti musiqi əsərinin türkiyəli müğənni Ahmet Kayanın “Acılara tutunmak” mahnısının plaqiatı olduğunu açıqlayıb.

Qeyd edək ki, “Acılara tutunmak” mahnısı 1985-ci ildə bəstələnib. Adelenin ifa etdiyi “Million years ago” bənzərliyi ilə Türkiyə və dünya mətbuatında müzakirələrə səbəb olmuşdu.

Şərhlər