Nazir xalq artisti üçün mahnı bəstələdi

08.01.2016 16:31     Artreaksiya     2155

Bəstəkar Kamal kimi məşhur olan, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.

"Reaksiya" xəbər verir ki, bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.

Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.

Şərhlər