Nazir yeni təyinatlarla bağlı əmr imzaladı

14.01.2016 17:11     Artreaksiya     2180

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev yeni təyinatlarla bağlı əmr imzalayıb.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru vəzifəsinə, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.12 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə teatrın kollektivinə bu barədə məlumat verilib və yeni baş rejissor kollektivə təqdim olunub.

Tədbirdə Azərbaycan Prezidentinin 30 dekabr 2015-ci il tarixli sərəncamı ilə "əməkdar artist" adına layiq görülmüş teatrın aktyoru Yaqubov Şıxı Miriş oğlu bu münasibəti ilə təbrik edilib.

Şərhlər