Qazaxda Milli Qəhrəmanlarla bağlı filmin təqdimatı keçirilib - FOTOLAR

27.01.2016 17:39     Artreaksiya     3028

25 yanvarda Qazax şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə lentə alınmış  “İgidələrin Beşiyi Elim Mənim” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. İlk öncə təqdimat iştirakçılarına bukletlər paylanılıb. Tələbələrin, məktəblilərin, Qazax rayonu N saylı hərbi hissəsinin əsgərlərinin, rayon Polis Şöbəsinin işçilərinin, rayon ictimaiyyətinin nümayəndələrinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən təqdimat törəni vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparcısı gənc yazar AYB-nin üzvü, Prezident təqütçüsü Taleh Mansur sözü gedən filmin Prezident Yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olduğunu və çəkilişlərinin iki aya yaxın müddətdə Qazax, Ağstafa və Bakı şəhərlərində aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, filimin əsas süjet xəttinin milli qəhrəmanlar Şamoy Çobanov Mərifət Nəsibov və Rafiq Alıcanovun keçdiyi döyüş yolu təşkil etsə də, ekran əsərində Qazağın tarixi, coğrafiyası, təbiəti, işğal edilmiş kəndlərində erməni təcavüzünə məruz qalmış milli-mənəvi və tarixi abidələr haqqında da geniş məlumat verilir.

Daha sonra filmin nümayişinə başlanılıb. Əlli iki dəqiqə davam edən film təqdimat iştirakçılarına duyğulu və qürurlu anlar yaşadıb. Nümayiş başa çatdıqdan sonra söz  layihənin rəhbəri və filmin rejissoru Şamil Muradlıya verilib. O da öz növbəsində tədbir iştirakçılarına dəyərli vaxtlarını ayırıb təşrif buyurduqlarına görə təşəkkür edib. Başda Azərbaycan Respublikası Prezident Yanında Gənclər Fondu olmaqla, filmin ərsəyə gəlməsində yardım etmiş bütün şəxslərə öz minnətdarlığını bildirib.Gənclərimizin vətənpərvəlik hisslərini daha dərindən mənisəməsi prosesində bu filmin mühüm vasitə olcağını vurğulayıb. Çıxış üçün söz alan “Avey” İdman Klubunun rəhbəri və “Qazax” İctimai Birliyinin üzvü Arzuman Abdulkərimov filmin yaradıcı heyətinə təşəkkür edib. Gələcəkdə bu cür layihələrin reallaşmasını məqsədəuyğun hesab etdiyini bildirib. Öz cəbhə xatirlərinin bölüşən natiq sonda “AVEY” İdman klubunun adından filmin yaradıcı heyətini diplomla təltif edib. Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, əməkdar incəsənət xadimi şair Barat Vüsal, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Orucov, keçmiş polis işçisi, Milli Qəhrəman Şamoy Çobanovun döyüş yoldaşı Hüseyn Əhmədov, Milli Qəhrəman Mərifət Nəsibovun qardaşı Hümbət Nəsibov öz çıxışlarında müharibə şəraitində yaşayan bir ölkədə bu cür layihələrin daha çox həyata keçirilməsinin vacibliyindən söhbət açıblar. Gənclərə öz tövsiyyələrini verdilər.Yaradıcı heyyətə uğrular arzu edilib, gələcək işlərində daha böyük nailiyyətlərə imza atmalarını diləyiblər.

Rəsmi hissədən sonra gənclərin iştirakı ilə filmin müzkirəsi təşkil edilib.

Şərhlər