57 yaşlı xalq artisti ingilis dilini öyrənir

27.01.2016 19:41     Artreaksiya     2779

Xalq artisti Bilal Əliyev ingilis dili öyrənir. 

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni "Bizimləsən" verilişində deyib. O, 2 ildir təhsil aldığını bildirib:

"Ömrümün bu çağında ingilis dili öyrənmişəm. 2 ildir kursa gedirəm. 5 dəfə də İngiltərəyə gedib, biliyimi təkmilləşdirmişəm. İngilis dilində oxunan mahnılara qulaq asanda xoşum gəlirdi. İstədim başa düşüm. Həm də bütün dünya bu dildə danışır".

Şərhlər