Azərbaycanlı müğənni müflis oldu - restoranı bağlandı, maşınını satdı

Azərbaycanlı müğənni Afaq Aslan müflis olub. Bu barədə lent.az-a ifaçının özü məlumat verib. 

O bildirib ki, devalvasiyaya görə bir neçə ay öncə açdığı çay evini bağlamalı olub: "Dolların bahalaşması mənə də təsirsiz ötüşmədi. Özümə yeni biznes qurmuşdum. İstəyirdim, əlavə gəlir yerim olsun. Amma dollar qalxdı, gördüm, bu iş mənlik deyil. Açdığım kiçik restoranı bağlatdırdım. Təxminən 87 min manata yaxın pul xərcləmişdim. Hətta borcuma görə bir neçə gün öncə maşınımı da satdım. Bir sözlə, müflis oldum. Bunu deməkdən çəkinmirəm. Bu hal hamının başına gələ bilər. Sadəcə bəziləri elə fikirləşir ki, Afaqın milyonları var. Artıq ağzıgöyçəklər məndən gözlərini çəksinlər, rahatlaşsınlar”.

A.Aslan onu da əlavə edib ki, biznesinin çökməsi fevral ayında təqdim edəcəyi layihəsini də təxirə salıb: "Türkiyədə bir şirkətlə müqavilə imzalayıb, bütün detalları danışmışdıq. Hətta pulun yarı hissəsini də ödəmişdim. Devalvasiyadan sonra prodüserim həmin şirkətlə əlaqə saxladı və onlara layihədən imtina etdiyimi dedi”.

 

Qeyd edək ki, A.Aslan 2015-ci il oktyabrın 9-da restoranın açılışını etmilşdi. Açılışa şou-biznesin bir çox tanınmış simaları da dəvətli idi.

Advertisement Banner

Şərhlər