"Beyaz şou"ya görə milyonluq cəza - VİDEO

Türkiyənin ali televiziya qurumu RTÜK "Bəyaz şou"ya zəng edərək "Uşaqlar ölməsin..." deyən Ayşə müəlliməyə görə Kanal D-ni 900 min lirə (təxminən 450 min manat) məbləğində cərimələyib.
 
Axşam.az "Sözcü"yə istinadən xəbər verir ki, qurumun Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Gərəkatı Partiyasından (MHP) olan üzvləri qadının dediklərini "terror təbliğatı" sayıblar:
 
"Proqrama qatılan qonaq terrorçuların dilindən danışıb. Dövlətin terror təşkilatına qarşı əməliyyatlarını məsum insanların ölümünə səbəb kimi ifadə edib..."
 
Ayrıca, aparıcı Beyazit Öztürk haqda "heç müdaxilə etməyərək həmin şəxsi alqışlayıb, açıqlamalarını dəstəkləyib" deyilib.
 
Beləliklə, Kanal D reklam gəlirlərinin 2 faizini cəza kimi ödəyəcək. Hesablamalara görə, bu bir milyona yaxın lirə edir.
Advertisement Banner

Şərhlər