Roma Papası macəra filmində çəkilir

02.02.2016 13:23     Artreaksiya     2025

Roma Papası Fransisk "Günəşin digər tərəfi" ailəvi macəra filmində özünü canlandıracaq.
 
"Report" "Variety"yə istinadən xəbər verir ki, katolik kilsəsinin başçısı ilk dəfə bədii filmin çəkilişlərində iştirak edəcək. Filmin çəkilişlərinə 2016-cı ilin ilk yarısında İtaliyada başlanacaq.
 
Film layihəsindən əldə olunan gəlirin xeyriyyə məqsədilə istifadə olunacağı planlaşdırılır.

Şərhlər